Aygün Kazmovanın qardaşı dələduzluğa görə saxlanıldı
13-01-2012, 10:30
Oxunub: 6 789
Xalq artisti Aygün Kazımovanın qardaşı həbs edilib.
Bu barədə Bolgexeber.com-a Xətai Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili, polis kapitanı Anar Süleymanov məlumat verib.
Onun sözlərinə görə, Kazımov Kazım Ələsgər oğlu Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq – külli miqdarda ziyan vurmaqla törədildikdə) və 178.2.4-cü (dələduzluq – xeyli miqdarda ziyan vurmaqla törədildikdə) maddələri ilə təqsirli bilinir.
Bakı şəhərində tikinti işləri ilə məşğul olan K. Kazımov vətəndaşlara külli miqdarda ziyan vurub. Onun bir mənzili bir neçə nəfərə sataraq, dələduzluq əməlləri törətdiyi bildirilir. İstintaqdan boyun qaçırdığı üçün məhkəmə onun barəsində axtarış elan edib. Xətai Rayon Polis İdarəsinin baş əməliyyat müvəkkili A. Süleymanovun rəhbərlik etdiyi əməliyyat qrupu onu tutaraq istintaqa təhvil verib. K. Kazımovun barəsində həbs-qətimkan tədbiri seçilib.
A. Süleymanov vətəndaşlara müraciət edərək K. Kazımovla bağlı şikayəti olan şəxslərin Xətai Rayon Polis İdarəsinə müraciət etməsini xahiş edib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər