BolgeXeber.Com » Gündəm » Milli Ordunun bir əsgəri ölüb, ikisi yaralanıb

Milli Ordunun bir əsgəri ölüb, ikisi yaralanıb

18-01-2012, 12:25
Oxunub: 4 789 Azərbaycanda N saylı hərbi hissənin bir əsgəri ölüb, ikisi yaralanıb

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Bolgexeber.com-a verilən məlumata görə, yanvarın 18-də əsgər Hüseynzadə Asiman Niyaz oğlunun əlindəki avtomat silahdan açılan atəş nəticəsində əsgər Quliyev Şəhadət Qənaət oğlu həlak olub, digər iki əsgər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb.
Hadisə ilə bağlı Müdafiə Nazirliyinin aidiyyəti qurumları araşdırma aparır, Hərbi Prokurorluq tərəfindən fakt üzrə cinayət işi başlanıb.