AVP seckilərin demokratik kecəcəyinə inanır
17-10-2010, 00:35
Oxunub: 2 597

Artıq 07 noyabr 2010-cu ildə keçiriləcək Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin ilkin mərhələsi başa çatmışdır.
Rayon və şəhər seçki qərargahlarının, namizədlərimizin, səlahiyyətli nümayəndələrimizin və çoxsaylı müşahidəçilərimizin verdikləri məlumatları əsas tutaraq Ana Vətən Partiyası bəyan edir ki, seçkinin birinci mərhələsi Azərbaycan Respublikası Seçki Məcəlləsinə və Beynəlxalq standartlara tam uyğun keçmiş, seçkilərdə iştirak etmək istəyənlər üçün bərabər imkanlar və şərait yaradılmışdır. Seçkilərə çoxsaylı bitərəf namizədlərin və 30-dan çox partiyanın qatılması bunun bir daha sübut edir.
Ana Vətən Partiyası Ali Məclisinin 07 sentyabr 2010-cu il tarixli qərarı ilə 18 nəfərin namizədliyi irəli sürülmüşdür. Seçkilərin ilkin mərhələsinin yekunlarına görə partiyanını 8 namizədi qeydə alınmış, bir nəfər cərahiyyə əməliyyatı olunduğu üçün seçkilərdə iştirak etməmiş, 9 nəfər isə Yeni Azərbaycan Partiyasının irəli sürdüyü namizədlərin lehinə seçkilərdə iştirak etməkdən imtina etmişlər.
Ana Vətən Partiyası əmindir ki, seçkinin sonrakı mərhələlərində də demokratik şərait hökm sürəcək, seçkilər beynəlxalq norma və prinsiplərə uyğun, Seçki Məcəlləsinin tələblərinə əməl olunmaqla azad və ədalətli şəkildə keçiriləcək, seçkinin nəticələri xalqımızın siyasi iradəsini əks etdirəcəkdir.
Çox Oxunanlar
- 13-02-2021, 17:48 : “Elektron su təsərrüfatı” informasiya sisteminin əsasnaməsi təsdiqləndi
Xəbərlər
- 4-02-2021, 12:14 : Şəhidin məzarı açıldı, qəbirqazan qorxub qaçdı - VİDEO
Xəbərlər
- 4-02-2021, 13:43 : Talançı oliqarxlar yenidən hədəfdə – Daha kimlərin həbsi real görünür?..
Gündəm
- 5-02-2021, 18:14 : İlham Əliyevdən əmək pensiyalarının artırılması ilə bağlı SƏRƏNCAM
Gündəm
- 18-02-2021, 14:00 : Bələdiyyə sədrindən şəhid anasına: ” Allah bilir oğlun hansı dərədə ölüb “-Foto/Video
Gündəm
- 6-02-2021, 17:07 : Abdin Fərzəliyevdə “VURULDU” – icra başçısı vəzifəsinin yox , CANININ HAYIDADIR
Gündəm
- 5-02-2021, 15:20 : Prezident bu qanunu təsdiq etdi
Gündəm
- 17-02-2021, 17:14 : Tərtər İcra başçısı vaksinasiya prosesi ilə bağlı yaradılmış şəraitlə tanış olub
Gündəm
- 4-02-2021, 13:19 : Prezident yeni yaradılmış agentliyə sədr təyin etdi (SƏRƏNCAM)
Xəbərlər
- 7-02-2021, 10:20 : İmişlidə Qarabağ veteranları və şəhid ailələri icra başçısından nədən şikayətçidir?-VİDEO
Gündəm