Seçicilər kimləri millət vəkili görmək istəyir?
19-10-2010, 03:40
Oxunub: 7 593
Bolgexeber.com 4 dairədə favorit namizədləri müəyyənləşdirdi
Xəbər verdiyimiz kimi, Bolgexeber.com saytı ayrı-ayrı seçki dairələrində sorğu keçirərək, seçicilərin hansı namizədi dəstəklədiyini müəyyən etməkdə davam edir. Sonuncu apardığımız sorğular 4 seçki dairəsini və hər dairənin də 4 kəndini əhatə edib. Hər dairədə 300 seçici arasında keçirilmiş sorğuların nəticələri isə aşağıdakı kimidir:
60 saylı Salyan-Neftçala seçki dairəsi.
Bu dairədə favorit namizəd gözlənildiyi kimi, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalıdır. Dairədə yerləşən Aşağı və Yuxarı Noxudlu, Çuxanlı və Seyidan kəndlərində keçirilmiş sorğu nəticəsində seçicilərin 73 faizi AVP sədrini deputat görmək istəyir.
75 saylı Lənkəran-Masallı seçki dairəsi.
Bu dairədə də əsas namizədin YAP-ın nümayəndəsi olan Cavanşir Paşazadənin olduğu əvvəlcədən şübhə doğurmurdu. Belə ki, əməkdaşlarımızın Lənkəranın Liman şəhəri, Masallının Qəzvinoba, Şatıroba və Mahmudavar kəndlərində keçirdiyi vorğu nəticəsində seçicilərin 87 faizi 7 noyabr 2010-cu ildə keçiriləcək parlament seçkilərində Cavanşir Paşazadəni deputat görmək istədiklərini bildiriblər.
64 saylı Sabirabad İkinci seçki dairəsi.
Bolgexeber.com saytının növbəti favorit namizədi isə 64 saylı Sabirabad İkinci seçki dairəsində müəyyən edilib. Saytımızın əməkdaşlarının Sabirabad rayonunun Şəhriyar, Xəlfəli, Nizami və Moranlı kəndlərində keçirdikləri sorğu nəticəsində seçicilərin 87 faizi Rüstəm Xəlilovu yenidən deputat görmək istədiklərini açıqlayıblar.
80 saylı İmişli-Beyləqan seçki dairəsi.
Qeyd edək ki, saytımızın əməkdaşları həmçinin 80 saylı İmişli-Beyləqan seçki dairəsində də analoji sorğu aparıblar. Həmin dairənin ərazisində yerləşən Bəhrəmtəpə qəsəbəsi, Göbəktala, Başçallar və Sarxanlı kəndlərində keçirilən sorğu nəticəsində favorit namizəd Çingiz Qənizadə olub. Belə ki, respondentlərin 65 faizə qədəri Çingiz Qənizadəni dəstəklədiklərini vurğulayıblar.
Çox Oxunanlar
- 6-05-2023, 18:36 : Krım üzərində ballistik raket vuruldu
Dünya / Xəbərlər
- 26-05-2023, 12:17 : Sevilya - Roma: 1xBet Avropa Liqasının finalını təhlil edirik
Xəbərlər / Ölkə
- 13-05-2023, 18:10 : “Azəriqaz” yerli qaz sayğaclarını quraşdırmağa başlayır
Xəbərlər / Ölkə
- 9-05-2023, 18:29 : Günel həm "Banu"dan, həm də ölkədən getdi
Şou-Biznes / Xəbərlər
- 20-05-2023, 18:24 : Müxalifət siyasətə belə yanaşır - Ərdoğan
Dünya / Xəbərlər
- 27-05-2023, 18:20 : Rusiya MN-ə məxsus “Niva” vuruldu: ölənlər var
Dünya / Xəbərlər
- 6-05-2023, 17:32 : Boksçumuz iranlı rəqibini məğlub etdi
İdman / Xəbərlər
- 12-05-2023, 13:04 : Kamaləddin Qafarov: “Heydər Əliyev qəlbimizdə hər zaman xilaskar kimi yaşayacaq”
Analitika / Xəbərlər
- 9-05-2023, 10:48 : Kamaləddin Qafarov: “Azərbaycan faşizm üzərində qələbəyə möhtəşəm töhfələr verib”
Analitika / Xəbərlər
- 13-05-2023, 11:32 : "Qarabağ" bu gün çempionluğu təmin edə bilər
İdman / Xəbərlər