İnstitut direktorunun otağında oğurluq
15-02-2012, 11:35
Oxunub: 4 527
Paytaxt polisi institut direktorunun iş otağını qarət edən şəxsləri tutulub.
Bakı şəhər Baş Polis İdarəsindən Bolgexeber.com-a verilən məlumata görə, 2011-ci il oktyabrın 24-nə keçən gecə H.Cavid propektində yerləşən Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunun direktoru Çingiz Qacarın iş otağından açıq qapıdan keçmə yolu ilə detalları ilə birlikdə kompüter oğurlanıb.
Yasamal rayon Polis İdarəsinin 28-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakinləri Xəqani Hüseynov və Elşən Quliyev fevralın 14-də tutulublar.
Araşdırma zamanı müəyyən edilib ki, onlar 30 iyul 2011-ci il tarixdə A.Şərifzadə küçəsində yaşayan Nazir İbrahimovun evindən kondisioner, Pərviz Əhmədovun mənzilindən isə qızıl boyunbağı oğurlayıblar.
Daha sonra onlar bu il yanvarın 3-nə keçən gecə A.Şərifzadə küçəsində yerləşən köşkdən açar seçmə yolu ilə pul, danışıq kartları, tütün, ərzaq məhsulları, yanvarın 23-də Vasif Abbasova məxsus 27 göyərçin, fevralın 13-də Növrəstə Şahverdiyevaya məxsus köşkdən qıfılı sındırma yolu ilə meyvə və qazan dəsti, Arif Şirəliyevə məxsus emalatxanadan isə qapını sındırma yolu ilə elektrik cihazları oğurlayıblar.
Faktla bağlı cinayət işi başlanıb, istintaq aparılır.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 27-04-2024, 18:58 : Bakı metrosunda ölüm baş verib
Xəbərlər / Ölkə
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər