Nəsiminin icra başçısının kreslosu “laxlayır”
28-02-2012, 12:40
Oxunub: 5 551
Nəsib Məhəməliyev mayda vəzifəsi ilə vidalaşacaq
Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Nəsib Məhəməliyev etdiyi davamlı səhvlərin güdazına gedəcək. Bu barədə informasiya Qaynar.info-ya məlumatlı mənbələrdən daxil olub. Mənbə iddia edir ki, Nəsib Məhəməliyev icra başçısı olduğu rayonda illərdir təyinatı üzrə çalışmaq əvəzinə, özünün tikinti biznesini çiçəkləndirməklə məşğul olub. İcra başçısı əsasən paytaxtın I, III, IV və V mikrorayonlarında iki-üç mərtəbəli binaların inşası ilə məşğul olub. N.Məhəməliyevin qardaşının rəhbərliyi ilə tikilən bu binalar məhəllərdə xəlvətcə və qanunsuz tikilib. Üstündən bir müddət keçəndən sonra isə qanunsuz tikilən bu binaların rəsmiləşdirilməsi ilə bağlı məsələ böyüyüb və ciddi narazılıqlara səbəb olub.
Təsadüfi deyil ki, başı bizneslə məşğul olmağa qarışan icra başçısının rəhbərlik etdiyi Nəsimi rayonundan mətbuata və dövlət rəhbərliyinə çoxsaylı şikayətlər daxil olub.
Nəhayət məsələ ölkə rəhbərliyi səviyyəsində müzakirə olunub və Nəsib Məhəməliyevin vəzifədən götürülməsi haqqında qəti qərar qəbul olunub. Mənbənin iddiasına görə, icra başçısının işdən azad edilməsi təxminən may-iyun aylarına təsadüf edəcək.
Qeyd edək ki, Nəsib Məhəməliyev bir vaxtlar hazırda Milli Məclisdə ana müxalifət partiyası fəaliyyət göstərən Vətəndaş Həmrəyliyi Partiyasının(VHP) Balakən rayon təşkilatının sədr müavini kimi fəaliyyət göstərib.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər