BolgeXeber.Com » Gündəm » Paytaxtda şadlıq sarayı qumarxanaya çevrilib-VİDEO

Paytaxtda şadlıq sarayı qumarxanaya çevrilib-VİDEO

9-09-2015, 14:29
Oxunub: 3 387 Paytaxtda şadlıq sarayı qumarxanaya çevrilib-VİDEOÖlkədə qumarxana biznesi çiçəklənmə dövrünü yaşayır!

Bakı qumarbazlardan canını qurtara bilmir ki, bilmir. Artıq çayxana, internet klub adı altında kazino, qumarxana görmək adi hala çevrilib . İşbazlar isə fəaliyyət obyektlərini genişləndirərək artıq xırda məkanları deyil, hətta restoranları belə qumarxanaya çevirirlər. Belə şəxslərdən biri Əhmədli qəsəbəsindəki "Murad” şadlıq sarayında qumarxana açan Mübariz adlı şəxsdir. Adıçəkilən restoranın 2-ci mərtəbəsi təyinatına uyğun fəaliyyət göstərsə də, 1-ci mərtəbədə hər gecə "rus lotosu” təşkil edilir. Oyunlardan çörək pulunu çıxardığını deyən Mübarizin sözlərinə görə o, hətta bir müddət əvvəl bu əməlinə görə məhbus həyatı yaşayıb. Hazırda isə fəaliyyətindən müvafiq qurumlar xəbərdar deyil .Məlumat üçün onu da bildirək ki, oyunlar hər gün saat 17:00-dan başlayıb, gecə 3-ə qədər davam edir. Xatırladaq ki, qumarxana, yəni, qumar oyunlarının keçirilməsi üçün yer təşkil etmə və ya saxlama - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər təkrar törədildikdə qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (cinayətkar təşkilat) tərəfindən törədildikdə - üç ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Bolgexeber.com