Ölümlə nəticələnən dava
3-03-2012, 00:10
Oxunub: 5 853
Bakıda gənclər arasında kütləvi dava olub. Bolgexeber.com xəbər verir ki, hadisə bu gün axşam saatlarında paytaxtın Qaraçuxur qəsəbəsində qeydə alınıb. İki məhəllənin gəncləri arasında baş verən davada bir neçə nəfər ağır bıçaqlanıb. Bıçaqlananlardan üçü qardaşdır. Onlar 24 yaşlı Orxan Xamıyev, 21 yaşlı Kamran Xamıyev və Fərrux Xamıyev xəstəxanaya yerləşdiriliblər. Yaralılardan Orxan Xamıyevin xəsarəti ağır olduğundan dünyasını dəyişib.
Hadisə yerinə Bakı Şəhər Baş Polis İdarəsinin, şəhər Prokurorluğunun, Suraxanı Rayon Polis İdarəsi və Rayon Prokurorluğunun əməkdaşları gəlib. Hazırda hadisə yeri müayinə edilir. Davada iştirak edən şəxslərin müəyyənləşdirilərək tutulması istiqamətində əməliyyat qrupu yaradılıb. Hadisənin motivi məlum deyil.
Faktla bağlı cinayət işi başlanıb, istintaq tədbirləri davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər