32 ədəd 4000 avroluq dirəklər yoxa çıxıb
6-03-2012, 12:05
Oxunub: 5 524
Nobel Prospektindəki dirəkləri avtoşlar sıradan çıxarıblar, onların fanarları isə 650 manatdır
Bakının ən böyük prospektlərindən birində işıqlandırma sistemində problem var. Bu barədə Bakı sakinlərindən biri Bolgexeber.com-a məlumat verib. Onun verdiyi məlumata görə, Xətai Rayonu Nobel Prospektində yolboyu onlarla işıq dirəyi yoxdur: “Bu dirəklərin yenilənməsindən cəmi 5-6 ay keçib. Amma hər gün qəza nəticəsində dirəklərin azaldığının şahid oluruq, yerinə təzələri qoyulmur”.
"Bakı şəhər küçə işığı" elektrik şəbəkə müəssisəsinin direktoru Məhərrəm Babayev bununla bağlı açıqlamasında bildirib ki, prospektdə olmayan dirəklərin hamısı avtomobillər tərəfindən törədilmiş yol qəzası zamanı sıradan çıxıb. Direktorun sözlərinə görə, avtomobillər gecə saatlarında dirəkləri vurub qoparır, sonra isə hadisə yerindən qaçırlar: "Qəzaları törədənlərin əksəriyyəti də “avtoş”lardır. Yol polisinə baş vermiş hadislər barədə xəbər vermişik. Həmin avtomobillər axtarışa verilib”.
M.Babayev qeyd edib ki, yol qəzaları zamanı 28 ədəd işıq dirəyi sıradan çıxıb. Həmin dirəklər Rusiya və İtaliya istehsalı olduğundan qısa zamanda bərpa etmək mümkün olmur. Sifariş verilib və yaxın günlərdə yeniləri ilə əvəz olunacaq.
Müəssisə rəhbəri deyib ki, Nobel prospektində bütün dirəklər İtaliya istehsalıdır və qiyməti 3500-4000 avrodur: “İşıq dirəyinin tək fanarı 650 manatdır. Sürücülər işıq dirəklərinə vurduqları ziyanı ödəmirlər. Nobel prospektində qəza zamanı 32 işıq dirəyi sıradan çıxıb. Onlardan yalnız 3-nün pulu sürücülər tərəfindən ödənilib”.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər