BolgeXeber.Com » Gündəm » Baş Prokurorluqda kadr dəyişikliyi

Baş Prokurorluqda kadr dəyişikliyi

6-03-2012, 15:55
Oxunub: 4 433 Baş prokuror Zakir Qaralovun müvafiq əmrləri ilə Baş prokurorun böyük köməkçisi Azər Əsgərov tutduğu vəzifədən azad edilib.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun Bolgexeber.com-a verdiyi məlumata görə, A.Əsgərov Bakı şəhər prokurorunun müavini, Baş prokurorun digər köməkçisi Rasim Hacıyev isə Baş Prokurorluğun Milli Təhlükəsizlik və Fövqəladə Hallar nazirlikləri, Dövlət Sərhəd Xidmətinin istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi vəzifəsinə təyin ediliblər.