BolgeXeber.Com » Gündəm » Azərbaycanda 19 il əvvəl törədilmiş cinayətin üstü açıldı

Azərbaycanda 19 il əvvəl törədilmiş cinayətin üstü açıldı

15-03-2012, 12:05
Oxunub: 3 974 Polis əməkdaşları 19 il əvvəl törədilmiş cinayətin üstünü açıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Bolgexeber.com- a verilən məlumata görə, 1993-cü ilin iyul ayının 25-də Gədəbəy rayonunun Gərgər kəndi ərazisində müəyyən edilməmiş avtomaşınla kənd sakini İsa Məmmədov vurulub. Nəticədə piyada hadisə yerində ölüb.
Gədəbəy rayon Polis Şöbəsi əməkdaşlarının bu il martın 14-də həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin "QAZ-53" markalı avtomaşının sürücüsü, rayon sakini Rəhman Aslanov tərəfindən törədilməsi müəyyən edilib.