BolgeXeber.Com » Gündəm » Qusarın “lal” millət vəkili Azər Badamov seçicilərini,seçiciləri isə onu tanımır...
Qusarın “lal” millət vəkili Azər Badamov seçicilərini,seçiciləri isə onu tanımır...
14-10-2015, 16:04
Oxunub: 8 365
Parlament seçkilərinə az müddət qaldığı bir zamanda medianın gündəmində olan mövzulardan biri də ötən 5 ilin ən aktiv və passiv deputatlarıdır
Aydın məsələdir ki, Milli Məclisdə xalqı təmsil edən 125 millət vəkili seçicilərini, eyni zamanda, bütün xalqı təmsil edən ictimai-siyasi fiqurlardır. Onlar milləti narahat edən bütün məsələlərdə danışmağa, aktiv, fəal olmağa borculudurlar. Bu, onların həm millət vəkili, həm vətəndaş, həm də bir ictimai-siyasi xadim kimi ən ümdə borclarıdır. Lakin reallıq odur ki, əksər deputatlar Milli Məclisin tanınmayan və “lal” millət vəkili adını qazanıb.Bolgexeber.com bildirir ki, Azər Badamov da məhz o deputatlardandır ki, nə adını eşidib bilən var, nə də Milli Məclisin iclaslarında səsini eşidən. Hətta bir müddət öncə media nümayəndələri arasında sorğu keçirilərək , 51 saylı Qusar seçki dairəsinin deputatı Azər Badamovu tanıyıb, tanımadıqları soruşulmuşdu. Jurnalistlərdən bir neçəsi millət vəkilinin adını eşidib, üzünü görmədiyini söyləsə də , əksəriyyət, belə bir deputatın varlığından xəbərsiz olduqlarını bildirmişdilər. Belə nəticəyə gəlmək olar ki, Azər Badamov Milli Məclisdə aparılan müzakirələrdən xəbərsizdir və “lal” deputatlar siyahısında olanlardandır. Belə bir vəziyyətdə 51 saylı Qusar seçki dairəsinin seçicilərinin Azər Badamovu tanıyıb, tanımaması isə sual altındadır.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər