Prokurorluq ittihamlara ətraflı cavab verdi
31-03-2012, 18:25
Oxunub: 5 559
Baş Prokurorluğun mətbuat xidməti Abşeron rayon prokurorunun sabiq köməkçisi Tofiq Ağacanovun məhkəməyə müraciət etməsi ilə bağlı açıqlama yayıb
Prokurorluğun mətbuat xidmətindən Bolgexeber.com-a daxil olan açıqlamada bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində Abşeron rayon prokurorunun sabiq köməkçisi Tofiq Ağacanovun prokurorluq orqanlarından xaric olunması ilə bağlı əmrin surətinin Baş Prokurorluq tərəfindən ona verilməməsi ilə əlaqədar həqiqəti əks etdirməyən informasiyalar dərc edilib. Bununla əlaqədar prokurorluq bildirib ki, T.Ağacanov vəzifəsi ilə bir araya sığmayan və prokurorluq işçisinə yaraşmayan hərəkətlərə yol verdiyinə, vətəndaşlıq və xidməti borcunu yerinə yetirməməklə, böyük ictimai əks-səda doğurmuş və ağır nəticələrə səbəb olan 2009-cu il aprelin 30-da Dövlət Neft Akademiyasında 12 nəfəri öldürən və 13 nəfərə isə müxtəlif dərəcəli bədən xəsarətləri yetirən qohumluq münasibətlərində olduğu Fərda Qədirovla əlaqədar səlahiyyətli orqanlara onun şəxsiyyəti ilə bağlı zəruri məlumatların verilməsini təmin etmədiyinə, həmçinin istintaqa müvafiq köməklik göstərmədiyinə görə Baş Prokurorluq üzrə 1 iyun 2009-cu il tarixli əmrlə prokurorluq orqanlarından xaric edilib. Həmin əmr elan olunmaqla, surəti T.Ağacanova göndərilib.
Bundan başqa 24 dekabr 2009-cu il tarixdə müraciəti əsasında əmək kitabçası Baş Prokurorluğun Kadrlar idarəsi tərəfindən imza etdirilməklə T.Ağacanova təqdim olunub və bu zaman əmrin surətinin verilib-verilməməsi ilə əlaqədar T.Ağacanov tərəfindən məsələ qaldırılıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər