Mingəçevir hadisəsi ilə bağlı cinayət işi başlanıldı
2-04-2012, 00:15
Oxunub: 6 058
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir
Martın 30-da, saat 11:00 radələrində Mingəçevir Su Elektrik Stansiyaları Silsiləsi Məhdud Məsuliyyətli Cəmiyyətdə baş vermiş partlayış nəticəsində müəssisənin çilingəri Pərviz Cabbarovun ölməsi, usta Cüma Süleymanovun isə xəsarət alması barədə şəhər Polis Şöbəsindən daxil olmuş məlumat əsasında şəhər prokuroru və prokurorluğun əməkdaşları tərəfindən məhkəmə-tibb eksperti və polis əməkdaşlarının iştirakı ilə hadisə yeri və meyitə baxış keçirilmişdir. Bunla bağlı Respublika prokorluğudan Bolgexeber.com-a daxil olan məlumatda deyilir ki, fakta görə həmin tarixdə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizəsi qaydalarını pozma) maddəsi ilə cinayət işi başlanmışdır. İş üzrə texniki təhlükəsizlik, məhkəmə-tibb ekspertizaları təyin olunmuş və digər zəruri istintaq hərəkətləri həyata keçirilmişdir.
İlkin araşdırmalarla müəyyən edilmişdir ki, MMC-nin derevasiya qalareyasında aparılan təmir işləri zamanı içərisində bitum olan qab partlamış, nəticədə Pərviz Cabbarov hadisə yerində ölmüş, bədən xəsarəti alan Cüma Süleymanov isə şəhər Mərkəzi Xəstəxanasına yerləşdirilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər