Qəbiristanlıq müdirinin oğlunu güllələyən şəxs yaxalanıb
7-04-2012, 13:15
Oxunub: 5 452
Bakının Binəqədi rayonunda odlu silahdan açdığı atəş nəticəsində Cavid Məmmədovu yaralayan şəxs tutulub.
Bolgexeber.com-un Daxili İşlər Nazirliyinin saytına istinadən xəbərinə görə, Binəqədi Rayon Polis İdarəsi 4-cü polis bölməsi əməkdaşlarının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində odlu silahdan atəş açaraq Cavid Məmmədovu yaralayan Heybət Abbasov saxlanılıb.
H.Abbasovun evinə baxış zamanı oradan 1 ədəd “Makarov” markalı tapança, 2 ədəd tapança patronu və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
Qeyd edək ki, insident Binəqədi rayonu ərazisindəki qəbiristanlıqların birində baş verib. Heybət Abbasov qardaşı Zeynalla birlikdə qəbiristanlıqda əvvəlcədən aldıqları 15 nəfərlik qəbir yerini genişləndirmək istəyib. Qəbiristanlığın rəhbəri Zülfüqar Məmmədov buna etiraz edib. Yaranan mübahisə nəticəsində Heybət tapança ilə Zülfüqar Məmmədovun oğlu Cavidi güllələyib. Oğlunu qan içində görən ata özündən çıxaraq Abbasov qardaşlarının üstünə gedib və bıçaqla Zeynala xəsarət yetirib. Z.Məmmədov da polis tərəfindən saxlanılıb.
Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən sağlamlığa ağır xəsarət yetirmə (126-cı) və qanunsuz odlu silah saxlama (228-ci) maddələri ilə cinayət işi başlanıb.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər