17 yaşlı nişanlı qız evdən qaçıb
8-04-2012, 13:10
Oxunub: 6 184
O gedərkən kağıza “Məni bir daha axtarmayın. Sadəcə mənim üçün dua edin” – yazıb
Gəncə şəhərində 17 yaşlı qız evlərini tərk edib. Bu barədə qızın atası məlumat verib. Belə ki, aprelin 6-da saat 21:00 radələrində 1994-cü il təvəllüdlü M.N. evdən naməlum istiqamətə çıxıb və geri dönməyib. O çıxarkən ailəsinə yazdığı məktubda bildirib: “Məni bir daha axtarmayın. Sadəcə mənim üçün dua edin”. 17 yaşlı qızın atasının sözlərinə görə, övladının psixi problemi olmayıb və onunla bağlı evlərində narazılıq yaşanmayıb. Ata bildirir ki, qızı 9-cu sinifdən təhsilini davam etdirmək istəməyib və nişanlanıb. O, 2 ildir nişanlıymış.
Məsələ ilə bağlı Kəpəz rayon Polis İdarəsindən ANS PRESS-ə verilən məlumata görə, 17 yaşlı qız evdən nişanlısını sevmədiyinə görə qaçıb. O, bir neçə vaxt bundan əvvəl telefon vasitəsilə Daşkəsəndə hərbi xidmətdə olan başqa bir gənclə tanış olub. Sonradan qız yeni telefon nömrəsi alıb və evdən də məhz həmin gənclə görüşmək üçün qaçıb.
Araşdırmalar zamanı məlum olub ki, 17 yaşlı qız qohumları ilə əlaqə saxlayıb və nişanı qaytarıldıqdan sonra evə qayıdacağını bildirib. Qız yerini deməsə də Daşkəsəndə sevdiyi oğlanın yanında olmadığını qeyd edib.
Polis qızın harada olduğunu araşdırır.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər