MTN-nin Gəncədə öldürdüyü terrorçu barədə sensasiyalı xəbər - Şok
9-04-2012, 15:00
Oxunub: 6 401
“2007-ci ildə yatdığı həbsxana rəisinin möhürlü-imzalı məktubu ilə V.Padarovun öldüyü barədə məktub və tabut aldıq”
Milli Təhlükəsizlik Nazirliyinin Gəncədə keçirdiyi anti-terror əməliyyatı nəticəsində öldürülən Vüqar İsmixan oğlu Padarov barəsində Qafqazinfo saytına sensasiyalı xəbərlər daxil olub. Bolgexeber.com həmin xəbərin maraqlı olduğunu nəzərə alaraq oxucuların diqqətinə çatdırır. Məlumata görə, MTN əməkdaşlarına silahlı müqavimət göstərərək bir polkovniki qətlə yetirən, Zaqatala rayon Aşağı Tala kənd sakini, 1975-ci il təvəllüdlü Vüqar İsmixan oğlu Padarov əslində 2007-ci ildə doğulduğu kənddə torpağa tapşırılıb.
V. Padarovu yaxından tanıyan şəxsin bildirdiyinə görə, bu şəxs Padarovlar ailəsində, Zaqatalada həbs olunan qardaşı Mehdidən fərqli olaraq, vətənpərvərliyi və savadı ilə seçilib: “Vüqar öz qardaşı Mehdidən fərqli olaraq, daha sakit, kriminaldan uzaq uşaq idi. Hətta 14 yaşında ikən Qarabağ uğrunda gedən savaşlara qatılmışdı, ermənilərə qarşı vuruşmuşdu”.
Mənbəmizin bildirdiyinə görə, ordudan tərxis olunandan sonra Rusiyaya gedən V. Padarov bir müddət sonra bu ölkədə qətldə təqsirli bilinərək həbs olunur: “2007-ci ildə yatdığı həbsxana rəisinin möhürlü-imzalı məktubu ilə V.Padarovun öldüyü barədə məktub və tabut aldıq. V. Padarovun hələ 5 il əvvəl Aşağı Tala kəndində adət-ənənəmizə uyğun olaraq yas mərasimi də verildi”.
Dəfn edilən və yası verilən bir şəxsin 5 ildən sonra Gəncədə iğtişaş törətməsi və MTN polkovnikini qətlə yetirməsi faktı isə şokedicidir. Həbsxana rəisi ölmədiyi halda V. Padarovun ölümü ilə bağlı ailəsinə necə məktub göndərə bilərdi? Ailəsinə göndərilən meyit kimin olub?
Bu suallar V. Padarovun yüksək səviyyədə himayə olunduğu və Azərbaycanda təxribat törətmək üçün istifadə edilməsindən xəbər verir. Himayədarların V. Padarovu həbsxanadan azad etmək və şəxsiyyətini gizli tutacaq səviyyədə güclü olduqları isə daha ciddi nüanslara işarədir. Yəqin ki, bu fakt hüquq-mühafizə orqanları tərəfindən də ciddi araşdırılacaq və lazımı ölçülər götürüləcək.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər