Masallı icra başçısı möcüzəsi ilə Devid Koperfildi geridə qoydu
3-12-2015, 12:00
Oxunub: 5 360
Masallının icra başçısından «analoqu» olmayan addım: Rayondakı üçmərtəbəli Musiqi Məktəbini necə inşa ediblərsə, bir mərtəbəsi «yoxa çıxıb»
Masallı rayonunun icra başçısı Rafil Hüseynovun adı yaxın vaxtlarda «Ginnesin Rekordlar Kitabı»na düşə bilər. Hətta onu məşhur sehirbaz Devid Koperfildlə də müqayisə edə bilərlər. Çünki icra başçısının rayonda həyata keçirdiyi işlər sözün həqiqi mənasında sehirbazlıqla müqayisə oluna bilər.
Cumhuriyyet.az xəbər verir ki, Rafil Hüseynovun Koprefildlə müqayisə olunmasının səbəbi bir müddət əvvəl Masallıda inşa edilmiş Musiqi Məktəbinin vəziyyətdidir. Belə ki, sözügedən məktəb əvvəldən üçmərtəbəli olub. Elə hazırkı sənədlərdə də üç mərtəbəli bina olaraq qeydə alınıb. Amma…
Amma ondan ibarətdir ki, Masallı Musiqi Məktəbi tikintidən sonra iki mərtəbədən ibarət olub. Bir mərtəbənin hara yoxa çıxdığı isə məlum deyil. Daha dəqiq desək, bundan yalnız inşaat işlərində məsul olanlar və icra başçısı Rafil Hüseynovdan başqa kimsənin xəbəri yoxdur.
Bolgexeber.com
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər