BolgeXeber.Com » Gündəm » Antisanitariyanın hökm sürdüyü Goranboy MRX-sı-VİDEO

Antisanitariyanın hökm sürdüyü Goranboy MRX-sı-VİDEO

3-12-2015, 14:23
Oxunub: 3 020 Antisanitariyanın hökm sürdüyü Goranboy MRX-sı-VİDEOAntisanitariyanın hökm sürdüyü, tibbi avadanlıqların bərbad olduğu səhiyyə ocağında hansısa keyfiyyətli tibbi xidmətdən söhbət isə açmaq gülüncdür

Hər kəsə məlumdur ki , bölgələrimizin bir çox yerlərdə səhiyyənin durumu, tibbi xidmətin keyfiyyəti ürəkaçan deyil. Bəzi xəstəxanalar xəstəni xəstə olduğuna peşman edirlər . Goranboy rayon Mərkəzi Xəstəxanası da məhz belə tibb müəssisələrindən biridir. Buranın sağlamlıq ocağı olduğunu deməyə min şahid gərək desək, yeridir. Fotolardan da göründüyü kimi xəstəxananın əməlli-başlı təmirə ehtiyacı var. Burada xəstələrin müayinəsi və müalicəsi üçün heç bir şərait yoxdur. Antisanitariyanın hökm sürdüyü, tibbi avadanlıqların bərbad olduğu səhiyyə ocağında hansısa keyfiyyətli tibbi xidmətdən söhbət isə açmaq gülüncdür. Ümid edək bu görüntülər səhiyyə naziri, məsələyə aidiyyatı olan digər qurumlar bu problemə bir əncam çəkər və qısa zamanda Goranboy sakinlərinin də bəxt üzünə gülər.

Bolgexeber.com