BolgeXeber.Com » Gündəm » Laçın rayonu Təhsil şöbəsi ilə bağlı metodistdən ŞOK AÇIQLAMALAR

Laçın rayonu Təhsil şöbəsi ilə bağlı metodistdən ŞOK AÇIQLAMALAR

7-12-2015, 11:03
Oxunub: 5 130 Laçın rayonu Təhsil şöbəsi ilə bağlı metodistdən ŞOK AÇIQLAMALAR"Göstərdiyim korrupsiya faktı Laçın Rayon Prokurorluğunda öz təsdiqini tapsada M.Vəliyev barəsində heç bir tədbir görülmür"

Bolgexeber.com-un redaksiyasına Laçın Rayonundan məcburi köçkün Baxışov Müqabil Baxış oğlu tərəfidən müraciət daxil olmuşdur. Müraciəti olduğu kimi dərc edirik:

Hörmətli Agentlik!
ADPU-nun tarix fakultəsini bitirmişəm.23 illik pedeqoji fəaliyyətimlə yanaşı məktəb direktoru, Laçın RTŞ-də məsləhətçi və metodist vəzifələrində çalışmışam. 2012-ci ilin mart ayında mənimdə metodist işlədiyim Laçın RTŞ-yə M.Vəliyev müdir təyin olundu. M.Vəliyev müdir təyin olunduğu gündən Laçın RTŞ-ni özünün biznes sahəsinə çevirdi. Qısa zaman kəsiyində Laçın RTŞ-də korrupsiyanın tüğyan etməsidən ciddi narahat olurdum.Əvvəlcə Rayon rəhbərliyinə və sonrada Respublikanın aidiyyatı orqanlarına çoxsaylı şikayət ərizələri ilə müraciət etdim. M.Vəliyevin korrupsiya əməllərinə şərik olmaqdan qorxaraq tutduğum vəzifədən azad olunmaqım barədə dəfələrlə ərizə ilə müraciət etdim. Lakin ərizələrimdə konkret faktlar göstərdiyim üçün işdən azad edilmirdim. Nəhayət məcbur olub sadə formada işdən azad edilməyim barədə ərizə yazdım və 2012-ci ilin iyun ayının 5-də tutduğum vəzifədən azad edildim.

M.Vəliyevin Respublikada söz sahibi olan daydayıları məni məhf etmək üçün bütün güclərini səfərbər etmişdilər.Mənsə Azərbaycan Dövlətinə və Azərbaycan Hökumətinə arxalanaraq inadımdan dönmədən rayonumuzun korrupsiya çirkabına batmasına qarşı üsyan edirdim. 05 iyun 2012-ci il tarixdə KİV-lərə və bütün dövlət orqanlarına mürüaciət edərək həyatımın təhlükədə olduğunu və yaxın günlərdə şərlənərək həbs olunacaqımı bildirərərk köməklik etmələrini xahiş etsəmdə heç bir dövlət orqanı taleyimlə maraqlanmadı. Çünkü M.Vəliyevi himayə edən şəxslər sabiq MTN-in şefi E.Mahmudovun çətiri altında qorunaraq söz sahibi idilər.Çox təssüf ki m üraciətimdən cəmi 13 gün sonra əvvəlcədən hazırlanmış plan əsasında Ağçabədi rayon Polis Şöbəsi məni qondarma cinayət işi ilə həbs etdi.5 ay həbsxanada qaldıqdan sonra bütün əmlakımızı Ağcabədi rayon məhkəməsinin sədri X.Fərhadov əlimizdən alıb məni 3 il şərti cəza ilə azadlıqa buraxdı. X.Fərhadovun qarşıma qoyduğu bəzi şərtlər əsasında Azadlıqa buraxılsamda sonradan verdiyim sözü tutmadan haqqlı mübarizəmi davam etdirdim.Azərbaycan Pespublikasının Möhtərəm Prezidenti İ.Əliyev cənabları Laçın rayonunda baş verənlərdən xəbərdar olduqdan sonra Laçının İcra Başçısı R.Cəbrayılovu görəvindən götürdü.

Həmin vaxt Laçın Rayonuna İcra Başçısı təyin olunan A.Səlimov cənablarının M.Vəliyevin korrupsiya əməllərinə son verəcəyinə böyük ümüdlər bəsləyirdik.Təssüf ki, A.Səlimov cənablarıda M.Vəliyevin daydayıları qarşısında acizlik nümayiş etdirərək M.Vəliyevə gözün üstə qaşın var deyə bilmədi. A.Səlimov cənabları çox çətinlikədə olsa məni Laçın RTŞ-yə metodist vəzifəsinə geri qaytarsada M.Vəliyevlə münasibətlərimiz normallaşmırdı.Belə ki, M.Vəliyevin qanunsuz əməllərinə göz yummurdum və aidiyyatı orqanlara müraciətlər edirdim.Hesab edirdim ki, M.Vəliyevin qanunsuz əməllərinin qarşını alacaq bir orqan tapılacaq.
Yaşadığım çətin anların stresindən səhhətimdə ciddi problemlər baş vermişdi. 2014-cü ilin may ayının 8-də Laçın RTŞ-nin müdiri M.Vəliyevə ərizə ilə müraciət edərək səhhətimdə ciddi problemlərin olduğunu, xaricdə müalicə olunacaqımı, buna görədə mümkün olduğu halda öz hesabıma məzuniyyətə buraxılmaqımı və belə mümkün olmadıqda ərizəmə əsasən işdən azad olunmaqımı xahiş etdim. May ayının 12-də əvvəlcə Gürcüstan respublikasına və oradanda R usya Federasiyasının Taraıstan respublikasına getdim. Bir neçə gün müayinə aparıldıqdan sonra may ayının 28-dən müalicə kursum başlandı.Laçın rayonu Təhsil şöbəsi ilə bağlı metodistdən ŞOK AÇIQLAMALAR

Mənim Rusya Federasiyasına getməyimdən sui istifadə edən rəqiblərim milliyətimin kürd olmasından istifadə edərək bəzi KİV-lərdə haqqımda həqiqətə uyğun olmayan böhtan xarakterli yazılar dərc etdirdilər. Həmin vaxt Avropa.info saytı "Azərbaycanda təhsil məmuru kürdüstana qaçdı" başlıqlı yazı dərc etmişdi.Mən xəstəxanadan Avropa.info saytının rəhbəri R.Bəşirliyə zəng edərək Kazan şəhərində müalicə olunduğumu və haqqımda yazılanların böhtan olaraq rəqiblərim tərəfindən saytlara ötürüldüyünü bildirdim. Avropa.info saytının rəhbəri aramızda olan telefon danışıqından sonra "Kürdüstana qaçma xəbəri yayılmış məmur danışdı" başlıqlı yazını dərc etməklə əsl həqiqəti Azərbaycan cəmiyyətinə çat dırdı. Haqqımda KİV-lərdə yayımlanmış bu şər məlumatlara Laçın RTŞ-nin müdiri M.Vəliyev açıqlama verərkən öz hesabıma məzuniyyət götürdüyümü dilə gətirsədə nədənsə 2014-cü ilin noyabr ayının 3-də Əmək məcəlləsinin 70-ci maddəsinin ç-bəndi ilə məni tutduğum vəzifədən azad edib. Rusya Federasiyasından geri qayıtdıqda M.Vəliyevin qəbulunda olub səhhətimin normal olduğunu və işləmək istədiyimi bildirdim. Əvvəlcə M.Vəliyyev mənə bildirdi ki, mənim Laçın RTŞ-də işləməyimi istəmir. Lakin vəziyyətimi nəzərə alaraq rayonun Alxaslı kənd tam orta məktəbində direktor işləməyimi təklif etdi.Mən birmənalı olaraq M.Vəliyevin rəhbərliyi altında belə bir vəzifədə işləməyimə etiraz etdim. İşsiz qalacaqım halda onsuzda dözülməz olan vəziyyətimin dahada çətinləşəcəyini düşünərək Laçın Rayonun İcra Başçısı A.Səlimov cənablarının qəbulunda oldum.

Məni çox səmimi qəbul edən A.Səlimov cənabları mənim işləməyimə köməklik edəcəyini vurğulayaraq M.Vəliyevi qəbuluna çağırdı. Söhbət zamanı M.Vəliyev məni öz yerimə qaytaracaqına söz versədə sonradan fikrindən daşındı. Nəhayət A.Səlimov cənabları mənə bildirdi ki, dərs ilinin sonuna yaxınlaşıb sentyabr ayından işlə təmin olunacaqsan.Məcburiyyət qarşısında qalıb bütün dölət orqanlarına ərizə ilə müraciət etdim və Prezident Aparatına gedib kurator Ağəli müəllimin qəbulundada oldum. Kurator Ağəli müəllim məni dinlədikdən sonra işlə təmin olunmaqım barədə Laçın Rayonun İcra Başçısına göstəriş verəcəyini söz verdi.Mən Rayona qayıtdıqdan sonra A.Səlimov məni çağırtdırdı mənə bildirdi ki, yaxın günlərdə məni iş yerimə qaytardacaq.Buna görədə İş yerimə qaytarılmaqımla bağlı izahatım alınaraq Prezident Admistrasiyasına göndərildi. Çox təss üf ki hələdə işsizəm.
Yuxarıda göstərdiklərimdən bezərək yuxarı orqanlara və KİV-lərə M.Vəliyevin qanunsuz əməllərindən, Laçın RTŞ-də baş verən korrupsiya faktlarından şikayət etdim.Hətda rayonun 13 saylı məktəbinin direktoru Laçın RTŞ-nin müdiri M.Vəliyevin maması oğlu Fizuli İbadovun Rusya Federasiyasında olan Məmmədova Təhminənin adına dərs saatları yazaraq alıb mənimsəməsinidə açıq göstərdim. Göstərdiyim korrupsiya faktı Laçın Rayon Prokurorluğunda öz təsdiqini tapsada M.Vəliyev barəsində heç bir tədbir görülmür.
Olmayan müəllimlərin adına əməkhaqqı yazıb mənimsəmə hallarına rayonun bir çox məktəblərində rast gəlmək olar.Xüsusən rayonun bir nömrəli tam orta məktəbində olmayan müəllimə əməkhaqqı yazılıb mənimsənildiyi haqda dəqiq məlumatlarım var. Lakinaraşdırılıb tədbir görülmədiyi üçn tam açıqlamıram.
Hörmətli Agentlik!
Laçın RTŞ-də metodist və məsləhətçi vəzifələrində çalışmışam. Bu şöbədə ciddi korrupsiya faktlarının olduğunuda yaxşı bilirəm. Azərbaycan Respublikasının Baş Prokurorluğu və Maliyyə nazirliyi komisya ayırıb iştirakımla Laçın RTŞ-nin fəaliyyətini təftiş edərsə dövlət büdcəsindən oğurlanmış millyonların geri qaytarılacaqına heç bir şübhəm yoxdur. Odurki aidiyyatı orqanlara haqq səsimi çatdırmaqınızı xahiş edirəm".
Laçın Rayonundan məcburi köçkün, Baxışov Müqabil Baxış oğlu.
Bolgexeber.com