BolgeXeber.Com » Gündəm » Yardımlı ƏSMM-dən şikayət edən vətəndaşa:"Etdiyin şikayətlərindən sonra hansı yardımı istəyirsən ki?"
Yardımlı ƏSMM-dən şikayət edən vətəndaşa:"Etdiyin şikayətlərindən sonra hansı yardımı istəyirsən ki?"
7-12-2015, 15:59
Oxunub: 13 587
"Heç bir yardım olmayacaq!”
Yardımlı rayon Bozayran kənd sakini Ziya Hüseynov Bolgexeber.com-a şikayət məktubu ünvanlayıb.Həmin müraciəti sizə təqdim edirik.
“Krediti olan vətəndaşlara sosial yardım verilməməlidir.Ancaq qanun Yardımlı rayonunda keçmir.Nazirliyin rəsmi saytına girib istənilən adlı siyahını çıxarıb Milli Bankla maraqlana bilərsiz.Hər 10 nəfərdən ən azı 6 nəfərin krediti var.
Mən sosial yardım almaq üçün Yardımlı rayonunda aidiyyatı qurumlara müraciət edim.Ancaq məni 4 ay süründürdülər axırda da heç bir yardım verilmədi.Üstəlik verdiyim sənədlərin nə əslin ,nə də sürətin qaytarmadılar ki,məhkəməyə müraciət edim.Məni hansı qanunla 4 ay süründürüblər bilmirəm vaxtında “yox”desəydilər 4 ay gözləmək məcburiyyətində olmazdım. Əlavə olaraq bildirim ki,telefonda pul barədə bircə kəlimə belə danışmırlar…Hətta deyilənlərə görə telefonları otaqlarında qoyub çıxırlar və gedib başqa yerlərdə bazarlıq edirlər. Mən bu barədə nazirliyə şikayət etdiyim üçün mənə yardım verilmədi.Səbəbini soruşduqda isə məsləhətçi Məzahir Orucov bildirdi ki ,etdiyin şikayətlərindən sonra hansı yardımı istəyirsən ki? Heç bir yardım olmayacaq!”
Bolgexeber.com

Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər