BolgeXeber.Com » Gündəm » Sabunçuda direktor əvəzi əməkdar məşqçi olan müəllimi gözümçıxdıya salıb-FOTO,VİDEO

Sabunçuda direktor əvəzi əməkdar məşqçi olan müəllimi gözümçıxdıya salıb-FOTO,VİDEO

7-12-2015, 18:00
Oxunub: 5 474 Sabunçuda direktor əvəzi əməkdar məşqçi olan müəllimi gözümçıxdıya salıb-FOTO,VİDEO"Sabunçu rayon məhkəməsinin qərardadı ilə mənim yenidən işə qayıtmağımı həzm edə bilməyən C.Səfərov əleyhimə məktəbdə aksiya keçirmişdir"


BTV-nin redaksiyasına Azərbaycan Respublikasının əməkdar məşqçisi, Respublika dərəcəli hakim, Sabunçu rayonu 22 saylı tam orta məktəbdə idman müəllim işləyən Əliyev Müşfiq Camal oğlu tərəfindən şikayət məktubu daxil olmuşdur. Məktubda Müşfiq Əliyev işlədiyi məktəbdə direktor əvəzi işləyən C.Səfərov tərəfindən çoxsaylı haqsızlıqlara düçar olmasından bəhs edir. Həmin şikayət məktubunu təqdim edirik:

"Salam hörmətli Bölgə TV. Mən Əliyev Müşfiq Camal oğlu Azərbaycan Respublikasının əməkdar məşqçisi, Respublika dərəcəli hakiməm .Mən ümümilikdə 21 ildir ki,müəllim işləyirəm. 8 ildir ki, Sabunçu rayonu 22 saylı tam orta məktəbdə idman müəllimi vəzifəsində işləyirəm. Bu müddətdə çoxluu sayda fəxri fərmanlar, tərifnamələr, təşəkkürnamələr almışam.2012-ci ilin dekabr ayında Sabunçu rayonu, 215 saylı orta məktəbdən insanlığa və müəllim adına yaraşmayan hərəkətlərinə görə kənarlaşdırılan və mənim işlədiyim 22 saylı məktəbə direktor müavini kimi təyin olunan C.Səfərov adlı şəxs gəldiyi gündən mənimlə ədavət aparmağa başlamışdır. 2014-cü il sentyabr ayında C.Səfərovla işləyə bilməyəcəyini bildirərək başqa məktəbə köçən mənim köhnə direktorumun yerinə keçən C.Səfərov direktor əvəzi olandan sonra mənə qarşı daha da aqressiv olmuşdur. Belə ki, əleyhimə əsassız ərizələr,donoslar toplayaraq hüquq mühafizə orqanlarına vermişdir. Lakin bütün bunların hamısına rədd qərarları veriləndən sonra nəhayət sözü qurtaran C.Səfərov saxta əmrlərlə əvvəlcə məni dərnək rəhbəri vəzifəsindən, daha sonra saxta töhmətlərlə işdən çıxarmışdır.Hal- hazırda 4 ayrı- ayrı iddialarla məhkəməyə ərizələr vermişəm. İki iş Bakı Apellyasiya,iki iş də Sabunçu rayon məhkəmələrindədir.

Təssüflər olsun ki C.Səfərovun B.Ş.T.İ darəsində şöbə müdiri və kurator olan qudası Alı,qohumu Camal adlı şəxslər məhləmələrə müdaxilə edirlər,bəzi vasitələrlə məhkəmələri ağı qara yazmağa məcbur edirlər.22 May 2015 -ci il tarixdə Sabunçu rayon məhkəməsinin qərardadı ilə mənim yenidən işə qayıtmağımı həzm edə bilməyən C.Səfərov əleyhimə məktəbdə aksiya keçirmişdir.DİN-in 102-xidmətinə bilə -bilə yalan məlumat verərək güya məktəbə manyakın gəldiyini və partlayıcı maddə gətirib siniflərə qoymaq istəməsini bildirmişdir.Polisin əməliyyat qrupu məktəbə gəlmiş, bunun sadəcə mənim əleyhimə təxribat olduğunu görüb çıxıb getmişdir. VideoKkadrları bütün hüquq-mühafizə orqanlarına göndərsəm də heç bir ölçü gotürülmür.
Hal- hazırda mübahisələr Apelyyasiya Məhkəməsində araşdırılır. Bilirəm ki, qanunun, sübutların haqqın, mənim tərəfimdə olmasına baxmayaraq onun xeyrinə tapşırıqların bəzi təqdimatlara görə mənim iddialarım təmin olunmayacaq. Səbəb odur ki, C.Səfərov direktor kimi özünə şərait yaratmaq üçün məni bir savadlı ,tələbkar,hər işdə qanun, haqq-ədalət tələb edən inancıl müəllim kimi kənarlaşdırmaqdır ".
Qarşı tərərin də mövqeyini dinləməyə hazırıq.
Bolgexeber.com

Sabunçuda direktor əvəzi əməkdar məşqçi olan müəllimi gözümçıxdıya salıb-FOTO,VİDEO
Sabunçuda direktor əvəzi əməkdar məşqçi olan müəllimi gözümçıxdıya salıb-FOTO,VİDEO