BolgeXeber.Com » Gündəm » Yardımlı ƏSMM sosial yardımı pulla satır? (VİDEO)

Yardımlı ƏSMM sosial yardımı pulla satır? (VİDEO)

8-12-2015, 21:41
Oxunub: 3 773 Yardımlı ƏSMM sosial yardımı pulla satır? (VİDEO)"Hazırda vəziyyət çətindi,ona görə yardım verə bilmərik"

Yardımlı rayon Bozayran kənd sakini Ziya Hüseynov Yardımlı rayon ƏƏSM-dən şikayətçidir.Belə ki, o, bildirir ki,bu ilin mart ayında tələb olunan sənədləri də götürüb gedib Yardımlı rayon ƏSMM-ə. İdarə isə müxtəlif bəhanələrlə onu 4 ay süründürüb.Onlar Ziya Hüseynova deyiblər ki, "hazırda vəziyyət çətindi,ona görə yardım verə bilmərik".

Məsələ ilə bağlı Yardımlı rayon ƏSMM-nin məsləhətçisi Məzahir Orucovla əlaqə saxladıq...O,bildirdi ki, “şikayətçinin dedikləri yalandı, onun sənədləri yerində olmadığı üçün biz ona sosial yardım verməkdən imtina etdik”.

İnanırıq ki,bu məsələ tez bir zamanda öz həllini tapacaq!
Aytən Yaşar
BTV