BolgeXeber.Com » Gündəm » "Sənaye Sığorta Şirkəti bizi aldadır"... - ŞİKAYƏT(FOTOLAR)

"Sənaye Sığorta Şirkəti bizi aldadır"... - ŞİKAYƏT(FOTOLAR)

18-12-2015, 11:05
Oxunub: 8 491 "Sənaye Sığorta Şirkəti bizi aldadır"... - ŞİKAYƏT(FOTOLAR)"Sənaye Sığorta Şirkətinin bu əməli soyğunçuluqdur.İnsabları aldadıb pulunu mənimsəyən bu şirkəti baykot edib onlarla sığorta müqviləsi bağlamaq lazım deyil"

Redaksiyamıza müraciət edən Ucar rayonunun Uşaq Xəstəxanasında məskunlaşmış məcburi köçkün Qasımov Taleh Saleh oğlu "Azərbaycan Sənaye Sığorta Şirkəti"ndən narazılıq edir.Bolgexeber.com narazı vətəndaşın redaksiyaya müraciətini olduğu kimi təqdim edir:

"Sənaye Sığorta Şirkəti ASC bizi aldadıb baş vermiş sığorta hadisəsinə görə dəymiş zərərin əvəzin vermək istəmir.Belə ki, 16 dekabr 2015-ci il tarixdə etibarnamə ilə idarə etdiyim mənə məxsus 10 KK 925 dövlət nömrə nişanlı BMW - 735 markalı avtomobilim dayanmış vəziyyətdə olan zaman qəfil mühərriki yanıb tamamilə yararsız vəziyyətə düşdük.Baş vermiş yanğını FHN-nin Ucar rayon Yanğından Mühafizə Xidmətinin köməkliyi ilə söndürdük deyə avtomobilimin tək mühərriki yandı. Bir illik sığorta müqaviləsi olduğu üçün "Sənaye Sığorta Şirkəti ASC -yə dərhal zəng edib məlumat verdikdə mənə rədd cavabı verib bu hadisəyə sığorta pulu düşmür dedilər.Ancaq müqavilədə göstərilənlərə inansaq bu yanğın sığorta hadisəsi hesab edilməli və dəymiş 2000 manat zərər Sənaye Sığorta Şirkəti tərəfindən ödənilməlidir.

Mənə məxsus 10 KK 925 dövlət nömrə nişanlı BMW - 735 markalı avtomobil üçün 13.08.2015-ci il tarixdə Sənaye Sığorta Şirkəti ilə müqvilə bağlamışıq və buna görə 150 manat pul ödənilib.Sığorta müqviləsinin qiyməti digər sığorta şirkətlərinin müqavilələrindən çox-çox baha olmasına baxmayaraq Sənaye Sığorta Şirkəti fırıldaqçılıqla saxtakarlıqla məşğul olub müştərilərini aldadıb pullarını mənimsəyir.Özümüz Ağdam rayon qaçqınlarıyıq, atam ağır dializ xəstəsidir ki, həftədə üç dəfə 40 km aralıda yerləşən Ağdaş rayonuna dialez aparatından qanını təmizləməyə aparırıq.Avtomobilimin mühərriki yanıb yararsız hala düşdüyü üçün xəstə atamı həkimə apara bilmirik. Çox acınacaqlı vəziyyətdəyik."Sənaye Sığorta Şirkətinin bu əməli soyğunçuluqdur.İnsabları aldadıb pulunu mənimsəyən bu şirkəti baykot edib onlarla sığorta müqviləsi bağlamaq lazım deyil".

Daha sonra narazı vətəndaş yazır: "Onların qanunsuz əməlləri barədə müvafiq orqanlara şikayətlər etmişəm.Mətbuat vasitəsi ilə də Maliyyə Naziri cənab Samir Şərifova müraciət edib xahiş edirəm bizi aldadıb pulumuzu vermək istəməyən saxtakarlılqla məşğul olan Sənaye Sığorta Şirkəti barəsində tədbir görəsiniz, qanunu pulumuzu bu saxtakar şirkətdən alıb özümüzə verəsiniz".

Qarşı tərəfi də dinləməyə hazırıq...
Bolgexeber.com
"Sənaye Sığorta Şirkəti bizi aldadır"... - ŞİKAYƏT(FOTOLAR)
"Sənaye Sığorta Şirkəti bizi aldadır"... - ŞİKAYƏT(FOTOLAR)
"Sənaye Sığorta Şirkəti bizi aldadır"... - ŞİKAYƏT(FOTOLAR)
"Sənaye Sığorta Şirkəti bizi aldadır"... - ŞİKAYƏT(FOTOLAR)
"Sənaye Sığorta Şirkəti bizi aldadır"... - ŞİKAYƏT(FOTOLAR)
"Sənaye Sığorta Şirkəti bizi aldadır"... - ŞİKAYƏT(FOTOLAR)