BolgeXeber.Com » Gündəm » Xətaidə "qondarma" təmir olunan binalar-VIDEO

Xətaidə "qondarma" təmir olunan binalar-VIDEO

18-12-2015, 14:40
Oxunub: 4 212 Xətaidə "qondarma" təmir olunan binalar-VIDEOŞikayətçilərin sözlərinə görə fəhlələrdən soruşandakı niyə təmiri davam etmirsiz, “pulumuzu verən yoxdu,necə işləyək” cavabını eşidirlər

2014-cu ildə Avropa oyunlarına hazırlıq məqsədi ilə ölkə başçısının tapşırığı əsasında paytaxda yerləşən bir çox binaların fasadları dəyişdirildi,təmirsiz binalar isə təmir olundu. Lakin bizə daxil olan çoxsaylı şikayətlər əsasında bəlli oldu ki, bir çox yerlərdə aidiyyatı qurumlar tez-bazar iş görməklə sakinləri yaxud da aidiyyatı qurumlara aldatmağa çalışıblar.Belə ki, Xətai rayonu,Sabit Orucov küçəsinin sakinləri deyir ki onların yaşadığı binalarda “qondarma”təmir işləri aparılıb. “ Üstü bəzək altı təzək ” prinsipini həyata keçirən aidiyyatı şirkət binanın görsənən yəni üz hissəsinin fasadını dəyişsə də binanın arxa hissəsini təmir etməyi unudub.Sakinlər deyir ki,hər dəfə buradan keçəndə başımızı tutub keçirik ki,hər an pəncərələr yaxud da,taxta şalbanlar başımıza tökülə bilər. Şikayətçilərin sözlərinə görə fəhlələrdən soruşandakı niyə təmiri davam etmirsiz, “pulumuzu verən yoxdu,necə işləyək” cavabını eşidirlər. Sonda sakinlər üzlərini aidiyyatı qurumlara tutaraq, tez bir zamanda problemlərinə bir əlac tapılmasını tələb etdilər !
Bolgexeber.com