Fəzail Ağamalı gürüşlərni yekunlaşdırdı
1-11-2010, 12:00
Oxunub: 6 258
60 Saylı Salyan – Neftçala seçki dairəsindən namizədliyi qeydə alının Fəzail Ağamalının seçicilərlə kütləvi görüşü sona çatmışdır.
Bu barədə saytımıza Fəzail Ağamalının Salyan rayonu , Qarabağlı kəndində yerləşən seçki qərargahından məlumat veriblər.
O, oktyabrın 28 də I və II Varlı, oktyabrın 29 da Aşağı və Yuxarı Noxudlu, Düzənlik, oktyabrın 30 da isə Kolanı və Peyk kəndlərində seçicilərlə görüşmüş, görüşdə çox saylı kənd əhalisi iştirak etmişdir. Görüşdə çıxış edən seçicilər region üçün səciyyəvi olan kəndlərin qazlaşdırılması, yolların bərpa olunması, məktəblərin bərpası, yeni məktəb binalarının tikilməsi və Düzənlik, I və II Varlı, Kolanı və Peyk kəndlərində sutəmizləyici qurğuların yerləşdirilməsi kimi məsələlərin həllini vacib olduğunu vurğulamışlar. Fəzail Ağamalı ötən beş ildə fəaliyyətinin bütün tərəfləri üzərində dayanmış, seçicilər qarşısında bir daha hesabat verərək, onların diqqətinə çatdırmışdır ki, onun da ciddi səyləri nəticəsində 2007 ci ildə Salyanın bütün kəndlərinin qazlaşdırılması haqqında dövlət proqramı qəbul edilmişdir, məktəblərin tamamilə yenidən qurulması üçün dövlət proqramı hazırlanılır, yolların müasir tələblər səviyyəsində qurulması prosesi də getdikcə sürətlənir. Bu və buna bənzər problemlərin aradan qaldırılması ölkə prezidenti İlham Əliyevin daim diqqət mərkəzindədi.Ölkə pezidentinin xususi tapşırığına əsasən 2013 cü ilə qədər yuxarıda qeyd olunan bütün problemlər tam aradan qaldırılacaqdır.
Fəzail Ağamalı eyni zamanda, prezident İlham Əliyevin xarici siyasətinin uğurları üzərində dayanmış, işgal olunmuş torpaqlarımızın azad edilməsi istiqamətində ortaya qoyduğu siyasi iradənin, qətiyyət və prinsipiallığın yaratdığı üstünlükləri önə çəkmiş, seçiciləri ölkə prezidenti ilə hər zaman bir olmağa səsləmişdir.
Seçicilər Fəzail Ağamalı ilə görüşdən razı qaldıqlarını və qarşıdan gələn parlament seçkilərində bir daha ona səs verəcəklərini bildirmişlər.
Oktyabrın 31 də Fəzail Ağamalı seçki qərərgahında Xıdırlı, Kürsəngi, Qarabağlı, Təzəkənd və Çuxanlı kəndlərinin nüfuzlu şəxsləri ilə fərdi görüşlər keçirmişdir.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər