BolgeXeber.Com » Gündəm » Şəki polisləri tərəfindən döyülən və pulu alınan sürücü Ramil Usubova müraciət edib-VİDEO

Şəki polisləri tərəfindən döyülən və pulu alınan sürücü Ramil Usubova müraciət edib-VİDEO

26-12-2015, 17:01
Oxunub: 6 466 Şəki polisləri tərəfindən döyülən və pulu alınan sürücü Ramil Usubova müraciət edib-VİDEO" Polis idarəsində 8 saat saxlanıldıqdan sonra 2200 manat pulumu alıb məni buraxdılar"
BTV-yə Bakı sakini Ələkbər Əliyev tərəfindən şikayət məkbutu daxil olub. O, Şəki şəhər Polis İdarəsindən narazılıq edir.
Ələkbər Əliyevin sözlərinə görə dekabrın 23-ündə 90-TG-092 dövlət nömrə nişanlı Mercedes markalı atomobili ilə Şəki-Zaqatala istiqamətində hərəkətdə olarkən Şəki şəhəri Dövlət Yol Polisi əməkdaşları tərəfindən saxlanılıb və daha sonra zor tətbiq edilərək Şəki şəhər Polis İdarəsinə aparılıb. Ələkbər Əliyev onu da əlavə edib ki, artıq məsələ ilə bağlı Daxili İşlər Naziri Ramil Usubova müraciət edib.

Bolgexeber.com