Oxunub: 4 748“Gilan Holding işçilərini müqaviləsiz işlədir və sonda da əmək haqqalarını verməkdən yayınır”
Bunu 2008-ci ildən Gilan Holdingdə çalışan Türkiyə vətəndaşı Davud Yilmaz BTV.AZ-a deyir. Davut bəyin sözlərinə görə, o,2008-ci ildə fasad işlərini görmək üçün Gilan Holding tərəfindən Bakiya dəvət olunur.Şirkətin rəhbəri Uğur Mərdanov ilk başda hər şeyin qaydasında olacağına və maaşların vaxtı-vaxtında veriləcəyinə söz versə də sonradan sözünün üstündə durmur və işçilərin əmək haqqını verməkdən yayınır.Müsahibimiz deyir ki,Uğur Mərdanov ortaqları olan türk iş adamları ilə şərikliyini bitirdiyi üçün onlar Türkiyəyə qayıtmalı olurlar və beləliklə də kim maaş istəyir onlara deyilir ki, “gedin türklərdən maaşınızı alın.” Artıq iki ildir ki,zəhmətinin haqqını ala bilməyən Davut bəy işə başlayanda müqavilə tələb etdiyini bildirdi.Lakin şirkət rəhbəri narahatlığa heç bir əsas olmadığını və maaşları vaxtında verəcəyini deyib. Ancaq bunu sadəcə deməklə kifayətlənib. Davud Yilmazla yanaşı orada çalışıb pulun ala bilməyənlərdən biri də Beyləqan rayonundan işləmək üçün gəlmiş Seymur Şirinovdur.O da artıq 3 aydır işlədiyini lakin halalca qazandığı pulu ala bilmədiyini vurğuladı. Bolgexeber.com