Sabunçuda “JEK” rəisinin şok ev fırıldağı – VİDEO,FOTO(ŞİKAYƏT)
28-12-2015, 12:20
Oxunub: 8 629"Video görüntülərdə 148 saylı MİS-in rəisi aldığı pulu etiraf edir ki, onun bu hərəkəti cinayət əməlidir"
Ucar sakini Bolgexeber.com-a şikayət məktubu ilə müraciət edib. Rayonu Oğuz küçəsi Dəmir Yolu yaşayış evi bina 3, mənzil 8-də yaşayan Əlirza Şamilov Qərib oğlu üzləşdiyi probemlə bağlı yazıb.
Onun sözlərinə görə, Bakının Sabunçu rayonunda yerləşən 148 saylı Mənzil İstismar Sahəsinin rəisi Mirzə Hacıyev vətəndaşların pulunu aldadıb mənimsəməklə məşğuldur. Şikayətçi qeyd edib: “Mirzə Hacıyev bu ilin fevralında mənə bildirdi ki, 148 saylı Mənzil İstismar Sahəsinə məxsus ucuz 1 otaqlı ev va. Dedi ki, 8000 manata bacım oğlu Akif satır. Mən həmin Akif adlı şəxslə danışıb razılaşıb 6000 manat pulu ona 1900 manatını isə sənədləşdirmə adı ilə Mirzə Hacıyevə verdim. Bundan sonra bu fırıldaqçılar bu gün sabah deyə -deyə məni get-gələ salıb aldatdılar. Mənə sonra məlum oldu ki, onlar beləcə əlbir olub avam insanları aldadıb pullarını mənimsəməklə məşğuldular”. [/center]
Şikayətçi bildirib: “Buna görə də onlarla görüşüb video çəkiliş apardım. Həmin video görüntülərdə 148 saylı MİS-in rəisi aldığı pulu etiraf edir ki, onun bu hərəkəti cinayət əməlidir. Video çəklişdə 148 saylı MİS rəisinin qanundan qanunçuluqdan danışması dələduzluqdur ki, guya bu adam qanun tərəfdarıdır. Pulumu bu dələduzlardan ala biləcəyim mümkünsüz olduğunu görüb Sabunçu prokurorluğuna şikayət ərizəsi ilə müraciət etdim. Şikayətimə baxan Sabunçu rayon prokurorluğunun Malik adlı müstəntiqi heç bir qanunu tədbir görmədi”.
Ə.Şamilov əlavə edib: “Baxmayaraq ki, 148 saylı Mənzil İstismar Sahəsinin rəisi Mirzə Hacıyevin məndən saxtakarlıqla pul almasını təsdiq edən video çəkliş olan diski müstəntiqə təqdim etmişdim. Həmin video diski mətbuat vasitəsi ilə ictimaiyyətə təqdim edirəm, baxılsın bəlkə hüquq mühafizə orqanı rəhbərləri bu dələduz MİS rəisi barədə tədbir görələr.Bunu da ona görə edirəm ki, gələcəkdə mənim kimi avam insanlar belə dələduz vəzifəli şəxsin toruna düşməsinlər”. Qarşı tərəfin də mövqeyini dinləməyə hazırıq. Bolgexeber.com