Koray Tarqay Anar Məmmədova hər ay 5000 manat pul ödəyir
26-04-2012, 11:05
Oxunub: 5 539
ATƏT-in bakidaki nümayəndəsi nəqliyyat naziri Ziya Məmmədovun oğluna hər ay 5000 manat ödəyir
Türkiyə Cumhuriyyətinin Xarici işlər Nazirliyinin nümayəndəsi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı ofisinin rəhbəri səfir Koray Tarqay nəqliyyat naziri Ziya Məmmədovun oğlu, ZQAN Holdinqin direktorlar şurasının sədri Anar Məmmədova hər ay 5000 manat pul ödəyir.
“Avrasiya.net”ın əldə etdiyi sənədlərə əsasən Koray Tarqay bu pulu Anar Məmmədova məxsus Zərifə Əliyeva küçəsi, ev 55, mənzil 71-i kirayə götürdüyünə görə ödəyir. Tərəflər arasında imzalanmış icarə müqaviləsinin 1-ci maddəsində göstərilir: “Bu icarə müqaviləsi (bundan sonra İcarə adlanacaq) 4 noyabr 2011-ci il tarixində Azərbaycan Respublikasının vətəndaşı, şəxsiyyət vəsiqəsinin nömrəsi AZE 08569599, Zqan, Bakı şəhəri Sarabiski küç 657 ünvanında yerləşən Zqan holdinqin (icarəyə verən) ilə Türkiyə Cumhuriyyətinin Xarici işlər Nazirliyinin nümayəndəsi, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Bakı ofisinin (Landmark III, II mərtəbə, Nizami küçəsi 96, Bakı 1010) rəhbəri səfir Koray Tarqay( bundan sonra icarəçi) arasında imzalanır”. Sənəddə fiziki təsvirdə o da göstərilir ki, əmlak Zərifə Əliyeva küçəsi, ev 55, mənzil 71, giriş 2, mərtəbə 20, 3 otaqdan ibarət müstəqil mənzildir. Mənzil geniş dəhlizdən, qonaq otağı, üç yataq otağı (onlardan ikisi vanna otağı ilə), mətbəx, vanna otağı və qonaq tualetindən ibarətdir. Mənzil zəruri mebellə təchiz olunur.
Müqavilənin müddəti 15 noyabr 2011-ci ildən başlamaqla bir ildir.
İcarə ilə bağlı ödəmələrə gəldikdə isə göstərilir ki, icarəçi yaşayış sahəsinin icarəsinə görə icarəyə verənə 5000(beş min) AZN(manat) məbləğində aylıq icarə haqqı ödəyəcək. İlkin ödəniş 3(üç) aylıq olaraq icarəçi tərəfindən ödəniləcəkdir. İcarə ödənişi icarəçi tərəfindən hər ayın 15-dən 21-ə dək gün müddətində icarəyə verənə nağd pul formasında verilməli və ya icarəyə verənin bank hesabına köçürülməlidir. İcarəçi bütün ödənişlərə xidmət haqqı, kommunal(elektrik) su, telefon, internetdən istifadə, BBTV ödənişlərini öhdəsinə götürür. Digər xərclər icarəyə verən tərəfindən ödənilir.
Qeyd edək ki, icarə müqaviləsi “Avrasiya”ya tərəflər arasında təsdiqlənməmiş formada daxil olub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər