Sabirabadın icra başçısının oğlu bahalı avtomobilini satır - FOTOLAR
12-01-2016, 14:59
Oxunub: 4 071
"Avtomobil əla vəziyyətdədir, heç bir xərc tələb etmir, probeq dəyişdirilməyib, vuruğu yoxdur, 2015 modelə yığılıb"
Sabirabad rayon icra başçısının oğlu avtomobilini satır. Bu barədə AFN.az-a oxuculardan biri xəbər verib. Oxucumuz bildiirir ki, başçı Nazim İsmayılovun oğlu Anar İsmayılov avtomobil satışı üzrə fəaliyyət göstərən elan saytlarından birində özünün "Toyota Land Cruisez" markalı avtomobilini satışa qoyub.
Elanda qeyd edilib:
Tormozların antiqapanma sistemi (ABS), təhlükəsizlik yastıqları, park radarı, yağış sensoru, ksenon lampalar, dumana qarşı işıqlar, mərkəzi qapanma, yüngül lehimli disklər, kondisioner, klimat-kontrol, kruiz-kontrol, lyuk, avtomatik şüşəqaldıranlar, qızdırılan oturacaqlar, yan güzgülərin qızdırıcısı, audiosistem, dəri salon, bort kompüter, naviqasiya sistemi / TVD/DVD, cd-çeyncer.
Avtomobil əla vəziyyətdədir, heç bir xərc tələb etmir, probeq dəyişdirilməyib, vuruğu yoxdur, 2015 modelə yığılıb. "Lexus 570"-ə barter edərəm. Fikri ciddi olanlar narahat etsin. Daha sonra satan şəxsin adı (Anar) və nömrəsi qeyd edilib. Avtomobil 36 min dollara satışa qoyulub.
P.S. Qarşı tərəfin də mövqeyini verməyə hazırıq.
Bolgexeber.com


Çox Oxunanlar
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 9-06-2025, 14:55 : Yasda ehsan verilməsi ləğv olundu
Sosial / Bölgə / Xəbərlər
- 9-06-2025, 14:14 : Ən yaxşı futbolçu titulunu o qazandı
İdman / Xəbərlər
- 9-06-2025, 10:25 : UEFA Millətlər Liqasının qalibi müəyyənləşib
İdman / Xəbərlər
- 11-06-2025, 11:10 : "Qarabağ" 5 pillə gerilədi
İdman / Xəbərlər
- 14-06-2025, 15:37 : Rayon rəhbəri yekun attestasiya imtahanında yüksək bal toplayan məzunları təltif edib
Bölgə / Xəbərlər
- 12-06-2025, 12:18 : PSJ yeni formasını təqdim etdi
İdman / Xəbərlər
- 17-06-2025, 12:17 : İcra başçısı tərəfindən növbəti dəfə vətəndaşların müraciətləri dinlənilib
Bölgə / Xəbərlər