Ermənistan ordusunun üç hərbçisi öldürülüb
27-04-2012, 16:50
Oxunub: 5 585
Ermənistan Müdafiə Nazirliyi Tauş rayonunun Ayqepar və Movses kəndləri arasındakı yolda üç erməni hərbçisinin odlu silahdan açılan atəş nəticəsində öldüyünü açıqlayıb.
APA-nın “Armenia Today” saytına istinadən yaydığı məlumata görə, nazirlik “Vaz-2107” markalı maşında olan üç hərbçiyə odlu silahdan atəş açıldığını, maşının sürücüsünün hadisə yerində öldüyünü bildirib. Yaralılardan biri hospitala aparılan zaman yolda, digəri isə Berd hərbi hospitalında dünyasının dəyişib. Hadisə yerinə baxış zamanı maşında çoxlu sayda güllə yerləri aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır. Azərbaycan tərəfinin atəşkəs rejimini pozması ilə əlaqədar Ermənistan Xarici İşlər Nazirliyi ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikə müraciət edib. Müraciətdə hadisə yerində vəziyyətlə tanış olmaq üçün ekspertlər göndərilməsi xahiş olunub.
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər