BolgeXeber.Com » Gündəm » Mingəçevirdə şəhidlərin məzarına hörmətsizlik edilib-VİDEO

Mingəçevirdə şəhidlərin məzarına hörmətsizlik edilib-VİDEO

22-01-2016, 11:27
Oxunub: 5 131 Mingəçevirdə şəhidlərin məzarına hörmətsizlik edilib-VİDEOVətən uğunda canından keçmiş insanlara qarşı belə hörmətsizlik yolverilməzdir

Mingəçevir şəhərində Şəhidlər Xiyabanında şəhidlərin məzarına qarşı hörmətsizlik edilib. Bu barədə BTV-nin elektron poçt ünvanına video görüntülər daxil olub. Qeyd edilib ki, bir müddət əvvəl Şəhidlər Xiyabanında xeyli sayda məzar daşları təmir adı ilə sökülüb. Lakin daha sonra iş yarımçıq dayandırılıb. Kadrlardan da göründüyü kimi üzərində şəhidlərin şəkilləri həkk olunmuş məzar daşları natəmiz yerdə atılıb qalıb. Həmin məzar daşlarının ətrafını və üstünü isə alaq basıb. Biz məsələyə aydınlıq gətirmək məqsədilə Mingəçevir şəhər icra hakimiyyəti ilə əlaqə saxlmağa çalışdıq, lakin cəhdlərimiz boşa çıxdı. Belə qənaətə gəlmək olar ki, Mingəçevir rəsmiləri bu hadisəyə göz yumur və susmağa üstünlük verir. Belə olan halda yalnız onu demək olar ki, vətən uğunda canından keçmiş insanlara qarşı belə hörmətsizlik yolverilməzdir.