BolgeXeber.Com » Gündəm » Raqub Məmmədovun oğullarının bahalı maşınları üzə çıxıb-VİDEO,FOTOLAR

Raqub Məmmədovun oğullarının bahalı maşınları üzə çıxıb-VİDEO,FOTOLAR

8-02-2016, 12:21
Oxunub: 4 798 Raqub Məmmədovun oğullarının bahalı maşınları üzə çıxıb-VİDEO,FOTOLARAğdamın icra başçısının övladları Sənan və Kənanın avtomobil kolleksiyasının olmasına dair iddialar var

Son günlər gündəmi zəbt edən əsas mövzulardan biri də məmur övladlarının idarə etdiyi bahalı maşınlar və bunun kolleksiya halında saxlanılmasıdır. BTV xəbər verir ki, artıq bir çox məmurların övladlarının maşın kolleksiyaları üzə çıxıb və onlarla bağlı cəmiyyətə məlumat verilib. Ağdamın icra başçısı Raqub Məmmədovun övladları da bahalı avtomobilləri idarə edənlər sırasındadır. Bildirək ki, Raqub Məmmədovun böyük oğlu Sənan Məmmədovun idarə etdiyi avtomobillərin sayı 2-dir. Onlardan biri «Lexus» markalı maşındır ki, dövlət nömrə nişanı 90 SM 777-dir. Digər avtomobili isə «Jeep» markalı maşındır ki, onun da dövlət nömrə nişanı 99 EZ 777-dir. İcra başçısının böyük oğlunun nömrələrindən də görünür ki, onlar özəl olaraq öz adına uyğun seçilib.
Raqub Məmmədovun kiçik oğlu Kənan Məmmədov isə qardaşından fərqli olaraq, bir avtomobilə sahibdir
Onun 90 KM 777 dövlət nömrə nişanlı «Jeep Grant Cheroke«u 100 min manatdır.
Sual meydana çıxır ki, hər iki gənc bu qədər maddi imkana təkbaşınamı sahib olublar, yoxsa atalarının hesabına belə imkan yaradıblar? Qarşı tərəfi də dinləməyə hazırıq.