BolgeXeber.Com » Gündəm » Sumqayıt sakinlərini üfunət iyində boğan "Restoran"-VIDEO

Sumqayıt sakinlərini üfunət iyində boğan "Restoran"-VIDEO

17-02-2016, 10:31
Oxunub: 4 265 Sumqayıt sakinlərini üfunət iyində boğan "Restoran"-VIDEOSumqayıt şəhəri 13-cu mikrorayon sakinləri ayağa qalxdı

Onların narazılıqlarına səbəb isə restoran adı ilə tikilib lakin zibil poliqonuna çevrilən bu tikilidir.Yerli sakinlərin sözlərinə görə bu bina tikilən andan etibarən özü ilə min cür problemlər gətirib.Belə ki,tikilişə başlayarkən qonşu bina sahiblərinin kanalizasiya turbaları dağıdılıb.Nəticədə də ətraf üfünət iyinə qərq olub.Tikilinin həyəti isə məişət tullantıları içində itib,batır.Hətta bu yarımtikilidə dəfələrlə yanğınlar da olub.
Mikrorayon sakini İlqar Qəmbərov deyir ki,13-cu mikrorayon Mənzil Kommunal İstismar idarəsinin öz işçiləri də elə bütün zir-zibilləri məhz bura atırlar...Sanki bura elə zibil atmaq üçün tikilib.
Yerli sakinlərin sözlərinə görə bu məsələ bağlı dəfələrlə Sumqayıt Şəhər İcra hakimiyyətinə eləcə də digər aidiyyatı qurumlara müraciət etmişik lakin problemimiz elə problem olaraq da qalmaqdadır.
Məsələ ilə bağlı 15 saylı Mənzil Kommunal İstismar sahəsinin müdiri Məhəmməd Məhəmmədovla əlaqə yaratdıq.O,bildirdi ki, “biz çalışdığımız qədər oranı təmiz saxlayırıq lakin problemin həll olunması bizim yox,İcra Hakimiyyətinin öhdəliyinə düşür”.
Nəzərə alsaq ki,hələ qiş aylarıdır üfünət qoxusu bu qədər ətrafa tuğyan edib,demək yayda burada yaşamaq müşkül məsələyə çevriləcək.Buna görə də tez bir zamanda bu məsələyə bir aydınlıq gətirilməlidir.
Bolgexeber.com