BolgeXeber.Com » Gündəm » Ramiz Zeynalovun cəzalandıra bilmədiyi inspektor kimdir? (VİDEO)

Ramiz Zeynalovun cəzalandıra bilmədiyi inspektor kimdir? (VİDEO)

19-03-2016, 11:12
Oxunub: 6 000 Ramiz Zeynalovun cəzalandıra bilmədiyi inspektor kimdir? (VİDEO)Ölkə başçısı İlham Əliyev hər dəfə çıxışlarında məmurları sərt təndqid edir, öz vəzifəsindən istifadə edərək verilən tapşırıqlara əməl etməyənlərin sərt cəzalandırılacağını bildirir

Lakin bəzi məmurlar verilən tapşırıqları, tənqdiləri qulaqardı edir. Belə şəxslərdən biri də Göytəpə postunun inspektoru İlham Ağayevdir. O, öz vəzifəsindən sui-istifadə edərək, prezidentin “maşınlardakı qara pərdələr, plyonkalar yığışdırılsın” tapşırığına məhəl qoymur. Halbuki, bu tapşırıq veriləndən sonra yol polisləri tərəfindən reydlər keçirilib, maşınlardan pərdələr çıxarılıb,plyonkalar sökülüb, cərimələr yazılıb. Belə olan halda sual yaranır, bəs, hansı səbəbdən İlham Ağayev bu qaydaları pozur? Onu da bildirək ki, bizə Göytəpə postunun inspektoru İlham Ağayev barədə maraqlı məlumatlar daxil olub. Bildirilir ki, inspektor həbs edilən MTN generallarından biri ilə yaxın qohumdur. Bu mövzu ətrafından araşdırmalarımız davam edir. Qeyd edək ki, bu İlham Ağayevin adının hallandığı ilk məsələ deyil. Onunla bağlı BTV-yə dəfələrlə şikayətlər daxil olub. Lakin edilən şikayətlərin, yazılan məktubların heç bir nəticəsi yoxdur. Respublika Dövlət Yol Polisi İdarəsinin rəisi,general Ramiz Zeynalovun öz işçisini niyə cəzasın qoyması isə müəmmalı olaraq qalır. Məsələ ilə bağlı İlham Ağayevin fikrini öyrənməyə çalışsaq da, cəhdələrimiz nəticəsiz qaldı.
Bolgexeber.com