BolgeXeber.Com » Gündəm » "Mingəçevir Sukanal" idarəsinin rəisi suyu kimlərə satır? VİDEO

"Mingəçevir Sukanal" idarəsinin rəisi suyu kimlərə satır? VİDEO

18-03-2016, 17:31
Oxunub: 12 096 "Mingəçevir Sukanal" idarəsinin rəisi suyu kimlərə satır? VİDEOMaraqlı məqam odur ki,bu məsələdən “Mingəçevir su-kanal idarəsinin rəisi Mustafa Kərimov xəbərdardır və müəyyən şirinlik müqavilində bazar rəhbərliyinə yardım edir və sirrlərini öz aralarında qoruyub,saxlayırlar

Bura Mingəçevir mərkəzi azarıdır.Bəli bazar yox,məhz azar. Mingəçevirin mərkəzi bazarında vəziyyətin nə qədər acınacaqlı olduğunu görmək üçün elə içəri daxil olub ümumi mənzərəni gözdən keçirmək kifayətdir. Kadrlardan da göründüyü kimi, mərkəzi bazarın vəziyyəti çox acınacaqlıdır. Mərkəzin içərisindəki ab-hava küçədəki xaosdan heç də geri qalmır.
Xoşagəlməz mənzərə bir yana qalsın, üfunət iyinin verdiyi narahatlığı sözlə ifadə etmək olduqca çətindir.
Nə isə bunlar bir yana ,bu dəfə bazardakı antisanitariyadan yox,bazarın ayaqyoluna çəkilən qanunsuz su borusundan danışacıyıq.Bəli ,məlumat verilir ki,kadrlardan görünən bu su borusundan Azərsu ASC bixəbərdir.
Maraqlı məqam odur ki,bu məsələdən “Mingəçevir su-kanal idarəsinin rəisi Mustafa Kərimov xəbərdardır və müəyyən şirinlik müqavilində bazar rəhbərliyinə yardım edir və sirrlərini öz aralarında qoruyub,saxlayırlar.
Məsələ ilə bağlı Mingəçevir su-kanal idarəsinin rəisi Mustafa Kərimov ilə əlaqə saxladıq.O məlumatı təkzib edərək bildirdi ki, “orada sayğac var və çəkilən heç bir su boru qanunsuz ola bilməz”
Bolgexeber.com