BolgeXeber.Com » Gündəm » Ramiz Zeynalovun işçisi vətəndaşa niyə silah çəkib?-VİDEO

Ramiz Zeynalovun işçisi vətəndaşa niyə silah çəkib?-VİDEO

19-02-2016, 09:53
Oxunub: 6 327 Ramiz Zeynalovun işçisi vətəndaşa niyə silah çəkib?-VİDEOİlham Ağayev həbs edilən MTN generallarından biri ilə yaxın qohumdur

Masallı rayon, Ərkivan kənd sakini Mürvət Məmmədov sahibi olduğu torpağı istifadə edə bilmir. Belə ki, Mürvət Məmmədov deyir ki, “qonşusu və açıq səhmdar su cəmiyyətinin viləşçay çay anbarının müdiri olan Ağabəy Ağayev ona məxsus olan torpağı əlindən almağa çalışır.
Şikayətçinin sözlərinə görə ev tikmək üçün aldığı bu sahəyə göz dikən Ağabəy Ağayev “burda mənəm Bağdada kor Xəlifə “deyərək ona qarşı çıxanlara göz verib,ışıq vermir.Kimsə nəsə deyəndə də “heç kim mənə heçnə edə bilməz,mənim güvəndiyim arxa,dayaqlarım var”deyir.
Şikayətçinin sözlərinə görə Ağabəy Ağayev öz oğlu ilə birgə vətəndaşa hədə-qorxu gəlirlər.İlham Ağayev hətta ona silahla hücum da çəkib.
Bildirək ki, Ağabəy Ağayevin oğlu İlham Ağayev Dövlət yol polisi işçisidir və Göytəpə postunda çalışır.
Qeyd edək ki, bu Göytəpə postunun İnspektoru İlham Ağayevin adının hallandığı ilk belə hal deyil,belə ki,bu şəxs öz vəzifəsindən sui-istifadə edərək, dəfələrlə bu kimi özbaşınalıqlar etməklə gündəmdə qalmağı bacarır. Prezidentin tapşırığına belə məhəl qoymayan İlham Ağayev həbs edilən MTN generallarından biri ilə yaxın qohumdur.
Şikayətçi Məmmədov deyir ki, “dəfələrlə bununla bağlı aidiyyatı qurumlara şikayət etmişəm ancaq mənə yalan vədlər verərək, artıq 7 aydır ki,süründürürlər.