BolgeXeber.Com » Gündəm » Bakının “QUMAR KRALLARI” -VİDEO

Bakının “QUMAR KRALLARI” -VİDEO

3-03-2016, 13:04
Oxunub: 4 500 Bakının “QUMAR KRALLARI” -VİDEO«Qumar Kralları» sırasında önəmli yerlərdən birini Arzuman adlı şəxs tutur

Azərbaycanda son dönəmlər xeyli genişlənən və gizli şəkildə fəaliyyət göstərən qumarxanaların sayı durmadan artır. Əsasən Binəqədi rayonu ərazisində yağışdan sonrakı göbələk kimi çoxalan belə obyektlərin isə maraqlı rəhbərləri və bir o qədər də maraqlı himayədarları var. Bildirək ki, edilən narazılıqlardan dolayı əməkdaşları qısa müddətdə olduqca maraqlı bir araşdırma aparıblar. Bu araşdırma nəticəsində məlum olub ki, əslində, qumarxanalar ayrı-ayrı şəxslər arasında bərabər şəkildə bölüşdürülməklə yanaşı, həm də paytaxtın mərkəzinə qədər yayılıb.«Qumar Kralları» sırasında önəmli yerlərdən birini Arzuman adlı şəxs tutur. Əsasən puluna güvənən bu şəxs adının dillərə düşməməsi üçün pul xərcləməkdən çəkinmir. Araşdırma nəticəsində məlum olub ki, Arzumanın Bakıda toplam 18 qumar oynanılan obyekti var. Onlardan 9-u lotoxana şəklində, 9-u isə kazino formasında fəaliyyət göstərir. Qeyd edək ki, bu qumarxanaların mərkəzi 28 May küçəsində yerləşən «Bakı» restoranındadır. Elə Arzumanın özü də məhz həmin restoranda əyləşir və digər obyektlərini oradan idarə edir. İşin ən maraqlı tərəfi odur ki, «Bakı» restoranında fəaliyyət göstərən qumarxananın əsas müştəriləri məhz dindarlardır. Bu qumarxanalar şəhərin hər yerinə yayılmaqla, özünə yetərli qədər müştəri toplamağı da bacarıb. Məsələn, şəhərin mərkəzində, Fəvvarələr Meydanında fəaliyyət göstərən «Buta» restoranı da Arzumana məxsusdur. 20 Yanvar metrosu ərazisində yerləşən «Real Klub» faktiki olaraq Sənan adlı şəxs tərəfindən işlədilir. Amma Sənan işin içində tək deyil, həmçinin onunla bərabər Arzuman və Süleyman adlı şəxslər də var. Qeyd edək ki, apardığımız araşdırmalar nəticəsində məlum olub ki,Bakıda fəaliyyət göstərən bir sıra qumarxanalar var ki,onların sahibi adı hələ ki, naməlum olan bir deputat oğludur...BTV olaraq hazırda bu xəbəri araşdırırıq və tezliklə həmin deputat oğlunun kim olduğunu açıqlayacağıq.
Bolgexeber.com