BolgeXeber.Com » Gündəm » Ramiz Zeynalovun işçilərini rüsvay edən video yayıldı-VİDEO

Ramiz Zeynalovun işçilərini rüsvay edən video yayıldı-VİDEO

5-03-2016, 15:40
Oxunub: 3 931 Ramiz Zeynalovun işçilərini rüsvay edən video yayıldı-VİDEOYPX işçiləri türkiyəli vətəndaşa “sürpriz” edərək,onun qarşısını kəsirlər və qaydanı pozduğu üçün cərimə ediblər

Son günlər sosial şəbəkələrdə yayılan bu görüntülər gündəmə öz damğasını vurmaqdadı.Görüntülərdən də göründüyü Dövlət Yol polis işçiləri Ağstafa-Bakı yolunda xarici vətəndaşa tələ qurublar.Bu tələ nədən ibarətdir? Gəlin bu tələnin nədən ibarət olduğuna aydınlıq gətirək.Belə ki, Ağstafa-Bakı magistral yolunun bu hissəsində sürət hədii 60 göstərilir.Tır sürücüsü olan bu türk vətəndaşı da göstərilən sürətlə hərəkət edir lakin qarşısında olan digər avtomobil 60 göstərilən yerdə 20 ilə sürərək hərəkətdə olan avtomobillərə maneə yaradır.Və bu zaman YPX işçiləri türkiyəli vətəndaşa “sürpriz” edərək,onun qarşısını kəsirlər və qaydanı pozduğu üçün cərimə edirlər.Türk vətəndaşı isə heç bir qaydanı pozmadığını və haqsız yerə saxlanıldığını deyir.Türk vətəndaşı ilə YPX işçilərinin sözügedən dialoqunu sizə təqdim edirik.
Bolgexeber.com