BolgeXeber.Com » Gündəm » Gəncə Dövlət Universitetində qəribə “valideyn iclası”

Gəncə Dövlət Universitetində qəribə “valideyn iclası”

7-03-2016, 10:14
Oxunub: 3 219 Gəncə Dövlət Universitetində qəribə “valideyn iclası”"İ.Qasımov öz cirkin əməllərini həyata keçirmək üçün bütün fırıldaqlara əl atır. Təki pul olsun"

Gəncə Dövlət Universitetində baş verən özbaşınalıqlarla bağlı Bolgexeber.com-un elektron poçtuna ilginc məlumat daxil olub.
Həmin məlumatı olduğu kimi təqdim edirik:
“2016- cı ilin mart ayının 4- də, saat 14-15 radələrində GDU-nun II tədris binasının ikinci mərtəbəsində bir izdiham var idi. Bu mərtəbədə Fizika və texniki fənlər fakültəsinin tələbələri dərs keçirlər. Fakültə dekanı İldırım Qasımov 30- 35 nəfər yaşlı adamları başına yığaraq onları dəhliz boyu gəzdirirdi.
Maraqlananda məlum oldu ki, bu adamlar fakültənin bəzi tələbələrinin valideynləridir və İldırım Qasımov onları “valideyn iclasına” çağırıbdır.
İ.Qasımov onlara dəhliz boyu düzülmüş gül dibçəklərini göstərərək deyib ki, bu gülləri mən evimdən gətirmişəm. Sonra isə döşəmə və divarların rənglənməsini, auditoriyalara yeni qoyulmuş plastik qapıların pullarını öz cibindən verdiyini öyünə-öyünə deyirdi: “Mən bu pulları öz şəxsi sirkətimdə qazanıb, ailəmin boğazından kəsərək universitetə xərcləmişəm ki, sizin balalarınız rahat və isti otaqlarda dərs keçsinlər”. Sonra isə and içərək deyib ki, universitet rəhbərliyi bu təmir işləri üçün bir manat da xərcləməyibdir.Valideynlərin yanında universitet rəhbərliyini onun əməyini qiymətləndirmədiyi üçün İldırım Qasımov kəskin tənqid edib. Lakin iki ay bundan əvvəl imtahanlar üçün zor gücünə “mənəvi atalıq” etdiyi tələbələrdən hər imtahana 50-80 manat aldığı barədə nədənsə söz salmayıb.
İclasın gedişində İldırım Qasımov fakültədə özünə düşmən saydığı 6-7 müəllimin və bir neçə sayt redaktorunun arxasınca biabırcı söyüşlər söyməyi də yadından çıxarmayıbdır. Bu müəllimlərin onun haqqında qəzetlərdə və elektron saytlarda biabırcı məqalələr yazdığını deyən İldırım Qasımov, onları məhv edəcəyi ilə hədələyibdir.
Valideynlər bu iclasın məqsədini sonda anlayıblar… İ.Qasımov valideynlərdən xahiş edib ki, elə buradan birbaşa universitetin rektoru Yusif Yusifovun qəbuluna getsinlər və onun yenidən dekan seçilməsini rektordan xahiş etsinlər. Evə getdikdən sonra isə rektorun adına İldırım Qasımov barədə tərifləyiçi məktublar yazsınlar.
Xoş gününə universitetin rəhbərliyinin… Adamın az qala paxıllığı tuta… Sovetlər dövründəki kimi rəhbərliyin başına İldırım Qasımovu tərifləyən “zəhmətkeş məktubları” yağacaqdır.
“Valideyn iclası” qurtardıqdan sonra dəvət olunmuş qonaqlar tədris binasını narazı halda, başlarını bulaya-bulaya tərk ediblər.
Hörmətli redaksiya, məlumunuz olsun ki, sən demə bu valideynlər fakültədəki qrup nümayəndələrinin ataları və ya anaları imiş. İ.Qasımov onların övladlarını ucuz qiymətə, yəni 500 manata qrup nümayəndəsi təyin etdiyi üçün, onlara minnət qoyurmuş.
İ.Qasımov öz cirkin əməllərini həyata keçirmək üçün bütün fırıldaqlara əl atır. Təki pul olsun. Belə ki, 2013-cü ilin may ayında İ.Qasımov universitetin rektorunun adına Fizika və texniki fənlər fakultəsinin elmi şurası adından saxta protokoldan çıxarış təqdim etmişdi. Bu çıxarışda fakültənin “Təsviri-incəsənət” kafedrasını bölüb, onun nəzdində iki kafedra yaradılması haqqında fakültə şurasının yalancı qərarı yazılmışdı. Yeni yaradılmış kafedraya isə müdirlik üçün İ.Qasımov müəllimlərdən biri ilə 5000 manat müqabilində razılığa gəlibmiş.
Halbuki, qeyd edilən məsələ fakültə şurasının gündəliyində olmayıb və təbii ki, müzakirə olunmamışdı. Bu məsələ çox böyük səs-küyə səbəb olmuşdur. O vaxt, Gəncə Dövlət Universitetinin rektoru işləyən Yadigar Əliyev fakültə şurasının üzvlərini yığıb, bu protokoldan çıxarışın saxta olduğunu İ.Qasımova sübut etdi. Lakin İldırım Qasımovun rektor Yadigar Əliyevin qarşısındakı yalvarışları və göz yaşları onun bu cinayətinin cəzasız qalmasına səbəb oldu. Bu yaxınlarda Azərbaycan Respublikasının Prezidenti, Cənab İlham Əliyev Cəbrayıl rayonunun söyüşcül icra başcısını vəzifəsindən azad etdi. Bu bədbəxt keçmiş icra başçısı “köpək oğlu” söyüşünün güdazına getdi.
GDU- nun dekanı İ.Qasımovun “düşmənlərinə” söydüyü söyüşlərinə görə isə onu həbs etmək də azdır. Lap yaxın günlərdə onun söyüşlərinin səs yazılarını biz Sizə göndərəcəyik, bu söyüşləri eşidəcəksiniz və dəhşətə gələcəksiniz. Əziz oxucular, İldırım Qasımov kimi rüşvətxor, dələduz, mədəniyyətsiz və tərbiyəsiz bir adamın bizim cəmiyyət üçün necə təhlükəli olduğunun fərqinə Siz də varacaqsınız. Lakin İ.Qasımov hələ də GDU- da müəllim, həm də 600 nəfərdən çox tələbəsi olan bir fakültənin dekanıdır. Hal- hazırda isə 2016- cı ilin may ayında fakültədə keçiriləcək dekan seçkisində yenidən dekan seçilmək üçün “dəridən qabıqdan” çıxır.
Ümumtexniki fənlər və texnologiya kafedrasının qadın işçilərini 8 Mart bayramı münasibəti ilə təbrik etmək üçün gənclər otağına gələn İ.Qasımov təbrikdən sonra, “xoruzlanıbdır”: “Ay qızlar, hələ bundan sonra sizi dekan kimi beş il də mən təbrik edəcəyəm. Yenə də dekan özüm seçiləcəyəm. İmtahan sessiyası yeni qurtarıbdır.Məndə pul paçka- paçkadır. Seçki üçün nə qədər istəsələr, lap 40000 manat da desələr verəcəyəm. Bu işdə mənə dostlarım, Universitetin prorektorları Asif Cavadov və Fəxrəddin Həsənov kömək edəcəklər. Onlar universitetdə xüsusi söz sahibidirlər və bu barədə rektora da deyiblər.”
Bu dələduz dekanın bəd əməllərinin qabağını isə alan yoxdur. O, gah Bərdədən danasatan dostunu universitetə gətirib onu Təhsil nazirliyinin səlahiyyətli komissiyası kimi təqdim edir, gah saxta sənədlə fakültənin kafedrasını iki yerə bölür, gah Gürcüstandan pul ilə kriminal vorları gətizdirib fakültədəki “düşmənlərini” məhv etdirəcəyi ilə onları açıq- aşkar hədələyir, gah da qəribə “valideyn iclasları” keçirərək “zəhmətkeş məktubları” yazdırır.
Fakültədə baş verən bu biabırçılıqların isə sonu görünmür…”
Səbinə Əliyeva (Gəncə Dövlət Universiteti)
Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
Bolgexeber.com