BolgeXeber.Com » Gündəm » "GRAND HOSPİTAL" xalqı necə soyur? - ARAŞDIRMA

"GRAND HOSPİTAL" xalqı necə soyur? - ARAŞDIRMA

9-03-2016, 12:13
Oxunub: 8 893 "GRAND HOSPİTAL" xalqı necə soyur? - ARAŞDIRMAİnformasiyaya görə, bir vaxtlar Gəncə və Sumqayıt kimi böyük şəhərlərə, indi isə Səbayel rayonuna başçılıq edən Eldar Əzizova məxsus olduğu iddia olunan bu qospitala ümumilikdə 70 milyon manat xərclənib

Son illər ölkədə xüsusən də paytaxt Bakı şəhərində özəl tibb klinikalarının sayı artmaqdadır. Əksəriyyəti yüksək mənsəbli məmurlara, oliqarxlara aid olan bu tibb müəssisələri ilk vaxtlar insanlarda sevinc hissi doğururdu. Düşünülürdü ki, İrana, Rusiyaya, Avropaya xəstəliklərinin çarəsi üçün üz tutan vətəndaşlarımız daha öz vətənlərində yüksək keyfiyyətli müalicə alacaqlar. Bu həm də hər il xaricə axıdılan milyonlarla vəsaitin ölkədə qalacağına əsas olmalı idi. Ancaq çox təəssüf ki, özəl klinikalar ümidləri doğrultmadı. Yenə də hər il minlərlə insanlarımız Azərbaycan səhiyyəsinə etibar etməyərək xaricə üz tuturlar. Buna səbəb isə özəl klinikalarda qiymətlərin çox baha olması və savadlı tibbi personalın yoxluğudur. Zamanla ölkə mediasının da tez tez işıqlandırdığı bu problemin həlli isə görünür hələ çox vaxt aparacaq. Verilən məlumata görə qiymətləri "od tutub yanan” özəl tibb müəssisələrindən biri də Bakı şəhərində istifadəyə verilmiş "Grand Hospital”dır. İnformasiyaya görə, bir vaxtlar Gəncə və Sumqayıt kimi böyük şəhərlərə, indi isə Səbayel rayonuna başçılıq edən Eldar Əzizova məxsus olduğu iddia olunan bu qospitala ümumilikdə 70 milyon manat xərclənib. Təkcə tibbi avadanlıq və təchizatına 20 milyon manat xərclənmiş bu müəssisədə savadlı kadr kontingentinin yoxluğundan həmin avadanlıqlar toz basmiş vəziyyətdədir. Mənbə qeyd edir ki, fəaliyyətə başladığı ilyarım ərzində 3 dəfə həkim personalı rəhbərlik tərəfindən qovulmuş "Grand Hospital”da yenə də tibbi personal arasında gərginlik qalmaqdadır. Burada yerli həkimlər Türkiyəli həkimlərin "ayağına verilir”.

Yüksək maaş və şərtlərlə işə dəvət olunmuş türk həkimlərlə müqayisədə Azərbaycanlı həkimlər ağir şərtlər altında "qəpik-quruş”a işləməyə məcbur edilir. Yaranmış vəziyyətə etiraz edən həkimlərə isə rəhbərlik tərəfindən qapı göstərilir. AVROPADAN DA BAHA QİYMƏTLƏR Mənbə daha sonra qeyd edir ki, yarandığı xeyli müddət ərzində heç bir ciddi tibbi uğura imza atmayan, dünyada gedən iqtisadi böhranın fonunda ölkədə baş vermiş devalvasiyaya görə, heç bir sosial kompaniya aparmayan "Grand Hospital”-ın əsas məqsədi ancaq çoxlu pul qazanmaqdır. Bu tibbi müəssisədə müayinələrin qiyməti avropa ölkələrindən bahadır.

Məsələn: mənbənin dediyinə görə "Grand Hospital”da elastometriya müayinəsinin qiyməti 150 manat (təxminən 98) dollar olduğu halda Macarıstanda 63, Bolqarıstanda isə 71 dollardır. Digər müayinə və müalicələrin müqayisəsində də ciddi fərqlər var. Daha sonra mənbə qeyd edir ki, ölkədə fəaliyyət göstərən bir çox özəl klinikalar kimi "Grand Hospital” da "əcnəbi həkim reklamı” altında gizlənir. Deyilənə görə, qospitalın Rəşad Sabri Yurdakul adlı "uzman psixoloq” kimi təqdim etdiyi türk həkim bir neçə kitab müəllifi olsa da öz ölkəsində praktiki uğuru olmayan həkimdir. Bir vaxtlar türk televiziyalarında aparıcılıq edən Sabri Yurdakul "Grand Hospital” tərəfindən Azərbaycan tv-lərində xalqa dahi psixoloq kimi sırınır. Mövzuyla bağlı adı çəkilən şəxsləri dinləməyə hazırıq.
Bolgexeber.com