BolgeXeber.Com » Gündəm » İsmayıllı İH başçısı nümayəndələrinin I qrup əlilə təzyiqi:"İzahat yaz"

İsmayıllı İH başçısı nümayəndələrinin I qrup əlilə təzyiqi:"İzahat yaz"

9-03-2016, 13:51
Oxunub: 5 951 İsmayıllı İH başçısı nümayəndələrinin I qrup əlilə təzyiqi:"İzahat yaz"Şikayətçi deyir ki, “yazmaq istəmədiyimi desəm də” məcburən yazdırmaq istəyiblər

Xatırlayırsınızsa əgər bir neçə gün öncə bundan öncə İsmayıllı rayonunda I qrup əlilin şikayəti haqqında sizə məlumat vermişdik.Sujet efirə getdikdən sonra şikayətçi bizimlə əlaqə saxlayaraq bildirdi ki,İsmayıllı İH başçısının nümayəndələri Rasim Şahməmmədovun evinə gələrək,şikayət barəsində ərizə yazdırmağa vadar ediblər ki,guya “icra başçısından heç bir şikayətim yoxdur”.

Şikayətçi deyir ki, “yazmaq istəmədiyimi desəm də” məcburən yazdırmaq istəyiblər. Qeyd edək ki,sujetin əsas mövzusu İsmayıllı İH başçısının köməyə ehtıyacı olan I qrup əlilə qarşı hörmətsizliyi idi. Bu mövzünü araşdırmaqda davam edəcəyik!
Bolgexeber.com