BolgeXeber.Com » Gündəm » Eks deputatın qardaşı sakinlərə “qan uddurur”-VİDEO

Eks deputatın qardaşı sakinlərə “qan uddurur”-VİDEO

12-03-2016, 12:21
Oxunub: 3 155 Eks deputatın qardaşı sakinlərə “qan uddurur”-VİDEOSon vaxtlar Ağsu rayonunda baş verən məmur özbaşnalığı haqqında silsilə yazılar dərc edilir

Ağsu rayonunda hadisələrə vardıqca, baş verənləri araşdırdıqca məmurların həyata keçirdiyi insanlığa sığmayan son dərəcə iyrənc mənzərələrin şahidi olursan. Sakinlər deyir ki, “Ağsuda bütün eybəcərliklərin başında icra başçısı və millət vəkili dayanır”. Eynən Ərəbmehdibəyli kəndindəki kimi.Kənd sakini Möhübbət Zeynalov yazdığı şikayət məktubunda bildirir ki, “Kəndlərdə torpaq bölgüsü aparılanda torpaqların yararlı olan hissələrinin yarıdan çoxusunu rəhbərlik işbazlara satdı. Kəndin bələdiyyə sədri Vüqar Cavadov keçmiş deputat ərəstun Cavadovun qardaşıdır. Bu insan əhalinin başına olmazın oyunlar açır.Vüqar Cavadovu icra başçısı Ənvər Seyidəliyev müdafiə edir.
BTV.AZ olaraq sujetdə adları çəkilən bütün tərəflərin və şəxslərin mövqeyini işıqlandırmağa hazırıq. Araşdırmalarımız davam edir.