BolgeXeber.Com » Gündəm » Seçiciləri Əsabil Qasımovu "gündüz çıraqla axtarır" VİDEO

Seçiciləri Əsabil Qasımovu "gündüz çıraqla axtarır" VİDEO

12-03-2016, 12:20
Oxunub: 4 684 Seçiciləri Əsabil Qasımovu "gündüz çıraqla axtarır" VİDEO“Millət vəkilləri verdiyi vədlərə əməl edirmi?”adlı layihəmiz öz axarıyla davam edir

Bu dəfə isə layihəmizin çəkilişləri üçün İmişli rayonuna yollandıq.İmişli rayon 79 saylı İmişli seçki dairəsindən ikinci dəfə deputat seçilən Əsabil Qasımovun verdiyi vədlərə əməl edib,etmədiyini öyrənmək üçün rayon sakinləri ilə görüşüb,onlardan deputata olan münasibətlərini öyrəndik.Ancaq maraqlı məqam orasındadır ki,sakinlər bu deputatı heç tanımırlar ,adını eşidərkən belə sanki ilk dəfədir eşitmiş kimi oldular.
Bildirək ki,Əsabil Qasimov daim mətbuatda öz biznesi və rüşvətxorluğu ilə gündəmdə qalmağı bacarır.Ölkədə böyük rezonansa səbəb olan, hələ də davam edən “oliqarxgeyt” qalmaqalında onu adı tez-tez hallanmaqdadır. Bildirilir ki,Əsabil Qasımov öz deputat statusundan və hakim partiyanın nüfuzundan istifadə edərək qanunsuz işlərlə məşğul olur.
Qeyd edək ki,79 saylı İmişli seçki dairəsindən iki dəfə ardıcıl olaraq deputat olan
Əsabil Qasimovun adı lal deputatların sırasındadır.
Əsabil Qasımov 2010-cu ildə millət vəkili seçilənə qədər “Karat” MMC şirkətinin
prezidenti olub.
Bolgexeber.com