BolgeXeber.Com » Gündəm » Səlim Müslümov və dayısı vətəndaşı prezident adından aldatdı-VİDEO

Səlim Müslümov və dayısı vətəndaşı prezident adından aldatdı-VİDEO

16-03-2016, 11:40
Oxunub: 3 301 Səlim Müslümov və dayısı vətəndaşı prezident adından aldatdı-VİDEOAğaqulu Hüseynov çətinliklə qeyd edir ki, nazir Səlim Müslümov Ağsuya gələndə onun qəbuluna gedib və şəxsən Səlim Müslümova evinin uçmasını deyib

Son günlər mediada Ağsu rayonunda baş verənlərlə bağlı türlü-türlü yazılar dərc olunur.Bildirilir ki,Ağsunu təsadüfi, küçə səviyyəsində olan feodal təfəkkürlü adamlar idarə edir. Əslində Ağsu idarə olunmur, talan olunur. Ağsu insanı hər ötən gün sosial problemlərin məngənəsində sıxılır, sıxıldıqca nə qədər haray salsa da səsinə səs verən tapılmır. Bütün bu məsələlərə görə Ağsu sakinləri müstəqil KİV-lərə müraciət edərək, hesab edirlər ki, onların şikayətləri nəhayət günün birində dövlət başçısı tərəfindən dinlənilər və rayonu talayanlar, başda Ənvər Seyidəliyev olmaqla, komandası iş başından götürülərlər.
Ağsu rayonu Ərəbmehdibəyli kənd sakini Ruslan Xalıqov mövcud problemdən BTV.AZ-a danışaraq bildirdi ki, Zəlzələ vaxtı babasının evi uçub.Buna görə də şikayətçi babası ilə birgə on iki dəfə rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyevin qəbuluna gedib,onunla görüşüb. Ənvər Seyidəliyev hər dəfə də ahıl yaşlı adamı bir bəhanə ilə yola salıb.
Ağaqulu Hüseynov çətinliklə qeyd edir ki, nazir Səlim Müslümov Ağsuya gələndə onun qəbuluna gedib və şəxsən Səlim Müslümova evinin uçmasını deyib. Səlim Müslümov da onu arxayın edib ki, tikinti ilə məşğul olan təşkilatlara tapşıracağam, gəlib evini tikəcəklər. Ancaq aradan xeyli vaxt keçməsinə baxmayaraq, nə gəlib maraqlanan var, nə də ki, ev tikən.
Yazıda adları çəkilən bütün şəxslərin fikirlərini ışıqlandırmağa hazırıq.
Bolgexeber.com