Türk həkim azərbaycanlı qızı bədbəxt etdi
23-05-2012, 00:35
Oxunub: 5 251
Burhan Dadaş adlı həkim Elnurə Mustafayevanı əməliyyat etdikdən sonra onun burnundan axan qan dayanmır
Azərbaycana davamlı olaraq gələn və buradakı klinikalarda müxtəlif əməliyyat keçirən türk həkimlərinin hər gün telekanallarda reklamları gedir. Özümüzdə bacarıqlı tibb işçilərinin çatışmaması səbəbindən yaranmış həmin vəziyyətin bir başqa tərəfi də işbazların pul qazanmaq üçün istifadə etdikləri vasitədir.
Bolgexeber.com bildirir ki, türk həkimlərini Bakıya gətirib, onları «bəh-bəh»lə təqdim edən Azərbaycan klinikaları bəzən bunun nəticələrinin nədən ibarət olacağını düşünmürlər. Elə bu səbəbdəndir ki, vaxtaşırı türk həkimlərin əməliyyat etdiyi pasiyentlərin şikayətləri ölkə mətbuatına daxil olur.
Bu gün belə bir məlumat Bolgexeber.com-un ünvanına daxil olub. Həmin məlumatda deyilir ki, Mərkəzi Klinik Xəstəxananın dəvəti ilə Bakıya gəlmiş türk həkim Burhan Dadaş əvvəlcə Gəncədəki Diaqnostika Mərkəzində Elnurə Mustafayevanın burnunu əməliyyat edib. Bunun müqabilində 1682 manat pul alan türk həkimin «əl işi» o qədər güclü olub ki, gənc qızın burnundan qanaxması dayanmır.
Məlumatda deyilir ki, Burhan Dadaş vəziyyəti belə gördükdən sonra uşağın valideyni Nizami Mustafayevə deyib ki, o, Mərkəzi Klinik Xəstəxanada işləyir və bu səbəbdən də uşağı təcili ora aparmaq lazımdır. Valideyn də uşağını Bakıya gətirərək, MKX-yə yerləşdirib. Türk həkim Elnurəyə yenidən narkoz versə də, onu əməliyyat etməkdən imtina edib. «Burhan Dadaş deyib ki, bundan sonrası onluq deyil. Üstəlik, əməliyyatdan da boyun qaçırıb».
Burnundan axan qanın dayanmamasını görən Nizami Mustafayev isə təcili tədbir görülməsini tələb edib. Amma bunun da xeyri olmayıb. Məlumatda bildirilir ki, valideyn MKX-dən ödədiyi pulun geri qaytarılmasını tələb edib ki, əvvəlcə klinika rəhbərliyi bundan boyun qaçırıb. «Uşağımı bədbəxt etmisiz, üstəlik pulumu da qaytarmırsız» deyən Nizami Mustafayevin israrını gördükdən sonra klinika rəhbərliyi həmin ödənilmiş pulun 1500 manatını geri qaytarıb. Yerdə qalan hissəsini isə ödəməkdən imtina edir.
Məsələ ilə Mərkəzi Klinik Xəstəxananın da mövqeyini öyrənməyə çalışsaq da, nəticə əldə edə bilmədik.
Çox Oxunanlar
- 23-11-2024, 17:53 : Arda Gülerin yeni klubu bəlli oldu
İdman / Xəbərlər
- 30-11-2024, 17:50 : Türkiyə əhaliyə XƏBƏRDARLIQ ETDİ
Dünya / Xəbərlər
- 16-11-2024, 18:55 : Sabah banklar işləyəcək?- Rəsmi
Xəbərlər / İqtisadiyyat
- 22-11-2024, 15:43 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 27-11-2024, 17:50 : Cəlilabadda zəlzələ oldu
Xəbərlər / Ölkə
- 29-11-2024, 17:50 : Masazırda evdə uçqun olub- ÖLƏNLƏR VAR
Xəbərlər / Ölkə
- 26-11-2024, 17:48 : Əli Əsədov qərar imzaladı
Siyasət / Xəbərlər
- 25-11-2024, 17:51 : Məşhurlar hakim qarşısına çıxarılacaq
Şou-Biznes
- 11-11-2024, 12:41 : Serdar Ortaç axtarlşa verildi
Şou-Biznes
- 13-11-2024, 13:30 : Emin Ağalarov məhkəmədə 1,7 milyon uddu
Şou-Biznes