BolgeXeber.Com » Gündəm » Öldürülən həkim anası prezidentə müraciət etdi-VİDEO

Öldürülən həkim anası prezidentə müraciət etdi-VİDEO

17-03-2016, 17:48
Oxunub: 5 218 Öldürülən həkim anası prezidentə müraciət etdi-VİDEOBinəqədi Polis İdarəsinin müstəntiqi Pünhan Əbilov onun üstünə qışqıraraq bildirib ki, hadisəni törədənin şoferin psixi durumu pozuqdur mən ona nəsə edə bilmərəm

Binəqədi rayonunun Rəsulzadə qəsəbəsində baş verən ölümlə nəticələnən hadisə zamanı Həsənova Səmayə Savalan qızının gözünün ağı qarası bircə övladı olan Həsənov Babək yolun kənarında duraraq telefonla danışdığı zaman sürətlə hərəkətdə olan Mersedes markalı avtomobillə vurularaq hadisə yerindəcə öldürülüb. Ancaq bu ölüm hadisəsindən sonra öldürülənin valideyini və uşaqları haqqda kimsə maraqlanmaması və hətda öldürənin ailə üzvləri tərəfdən təhqir olunublar.
Mərhumun həyat yoldaşı Könül Həsənova bildirir ki, hadisədən bir müddət polisə gedərək cinayət işini aparan müstəntiqlə görüşüb. Binəqədi Polis İdarəsinin müstəntiqi Pünhan Əbilov onun üstünə qışqıraraq bildirib ki, hadisəni törədənin şoferin psixi durumu pozuqdur mən ona nəsə edə bilmərəm. Könül xanım bildirir ki, müstəntiq belə dedikdə bildirdim ki, biz hadisə törədənin həqiqi psixi xəstə olmasını yoxlatdıracağıq deyəndə müstəntiq mülayimcəsinə cavab verərək mən elə söz deməmişəm deyib.
Ahıl yaşlı ana Səmayə Həsənova sonda prezidentə üzünü tutaraq ədalətli qərar verilməsi üçün ondan yardım istədi.
Hər halda qanun hər kəs üçün qanundur və əgər bir şəxs kiminsə ölümünə bais olursa kimliyindən asılı olmayaraq həmin insan qanun qarşısında cavab verməlidir!
Qarşı tərəfi də dinləməyə hazırıq.
Bolgexeber.com