BolgeXeber.Com » Gündəm » Dayanacağı bilinməyən avtobuslar-VİDEO

Dayanacağı bilinməyən avtobuslar-VİDEO

18-03-2016, 13:52
Oxunub: 3 889 Dayanacağı bilinməyən avtobuslar-VİDEOProblem uzun müddətdir ki, davam edir

Azərbaycanda ictimai nəqliyyat sektorunda əsasən sürücülərdən qaynaqlanan problemlər hələ də öz aktuallığını saxlayır. Bu fonda ənənəvi problemlərdən biri də odur ki, əərnişin nəqliyyatını idarə edən sürücülər hələ də bir çox hallarda avtobusu dayanacaqdan kənarda saxlamaqda davam edirlər. Bu azmış kimi, sərnişinlər də bir növ həmin mənfi tendensiyanın ayaq açaraq yeriməsinə şərait yaradırlar. Belə ki, sərnişinlər avtobusu dayanacaqlarda gözləməli olduqları halda, bəzən onlar dayanacaqdan kənar yerlərdə sürücünü saxlamağa məcbur edirlər. Sanki özlərini avtobusda deyil,taksidə hiss edirlər.Bu istiqamətdə ən acınacaqlı durum Bakının rayonlarında və qəsəbələrdə müşahidə olunur. Problem uzun müddətdir ki, davam edir.Elə biz də daim aktuallığını qoruyub saxlayan bu məsələ ilə bağlı Binəqədi rayonu,avtovağzal ərazisində çəkiliş apardıq.Göründüyü kimi sürücülər yenə öz işlərindədir və dayanacaqdan kənarda saxlayaraq həm özləri üçün həm də sərnişinlər üçün təhlükəli vəziyyət yaradırlar.
Məsələ ilə bağlı “Azəryol servis Açıq Səhmdar”cəmiyyətinin mətbuat xidməti ilə əlaqə saxlamğa çalışdıq.Lakin idarədə suallarımıza cavab verə biləcək kimsə tapılmadı.
Hərhalda sözügedən problemin indiyə kimi həllini tapmaması prosesə nəzarətin güclü olmamasından qaynaqlanır. Bütün hallarda məsələ ondadır ki, sürücü qaydalara uyğun hərəkət etdikdə, sərnişinlər heç bir halda onun qayda pozuntusunu görməz və belə xoşagəlməz hallar da olmaz.
Bolgexeber.com