Deputatdan açıqlama gəldi
24-05-2012, 21:30
Oxunub: 5 567
Musa Qasımlı: «İndiyə qədər seçicilərimlə aramada heç bir problem yaşanmayıb»
Ötən günlərdə deputat Musa Qasımlı ilə seçiciləri arasında narazılıq yarandığı barədə məlumat vermişdik. Həmin məlumatda deyilirdi ki, deputat seçiciləri ilə görüşü zamanı ona etirazlar bildirilib və fəaliyyətindən narazılıq edilib.
Bununla bağlı Bolgexeber.com saytına açıqlama verən Musa Qasımlı məsələlərə aydınlıq gətirib. O deyib ki, seçiciləri ilə vaxtaşırı görüşür və indiyə kimi heç bir problem də yaranmayıb. «Bu barədə yayılan məlumatların əsası yoxdur. Hesab edirəm ki, yanlış xəbərlərin mediada getməsi yaxşı hal deyil. Hər şeyi olduğu kimi yazmaq və obyektiv olmaq daha faydalıdır».
Onun sözlərinə görə, bütün görüşlərində seçicilərini diqqətlə dinlədikdən sonra onların problemlərinin həlli istiqamətində addımlar atır. «Hələ elə bir hadisə baş verməyib ki, seçicilərimlə görüşdə hansısa neqativ hal və ya narazılıq yaşansın. Mütəmadi olaraq onlarla görüşürəm və problemləri ilə maraqlanıram. İmkanım daxilində həmin problemlərin həllinə çalışıram».
Çox Oxunanlar
- 7-06-2025, 17:45 : Türkiyədə güclü meşə yanğını olub
Dünya / Xəbərlər
- 21-06-2025, 17:51 : İran təcili çağırış etdi
Dünya / Xəbərlər
- 4-06-2025, 14:06 : Bərdə rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kəndində səyyar qəbul-görüşü keçirilib
Bölgə / Xəbərlər
- 11-06-2025, 17:31 : Boksçumuz doğum günündə uğur qazandı
İdman / Xəbərlər
- 5-06-2025, 13:32 : Röyanın keçmiş ərindən çağırış- BARIŞDIRIN
Şou-Biznes / Xəbərlər
- 2-06-2025, 09:58 : Prezident İlham Əliyevin 28 May 2025-ci il tarixində Laçın şəhərinə səfəri – Müstəqilliyin və Qələbənin rəmzi
Analitika / Xəbərlər
- 5-06-2025, 12:59 : "Neftçi" yeni transferini edib
İdman / Xəbərlər
- 7-06-2025, 15:38 : Məşhur futbolçu "İnter" də- Rəsmi
İdman / Xəbərlər
- 28-06-2025, 18:23 : Azərbaycan Pakistana başsağlığı verdi
Siyasət / Xəbərlər
- 3-06-2025, 11:27 : Bakı Enerji Həftəsi
Analitika / Xəbərlər